Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdiÖlkənin aparıcı banklarından olan Bank of Baku 2025-ci ilin 3-cü hesabat dövrünü uğurla başa vurub. Maliyyə hesabatlarını açıqlayan Bank of Baku, bir çox maliyyə göstəriciləri üzrə artım tempinə sahibdir.
İstehlak kreditləri üzrə ilk 3-dədir!
Cari ilin 3-cü rübündə bankın istehlak kreditlərinin həcmi 673 milyon 232 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % artım deməkdir. Nəticədə Bank of Baku istehlak kreditləri üzrə ölkənin TOP 3 Bankı sırasına daxil olub.
Bankın ümumi kredit portfeli isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 872 milyon 371 min manat təşkil edib. Bu artım bankın müştəriləri üçün təqdim etdiyi məhsullar, çevik rəqəmsal həllər və müştəri yönümlü strategiyanın uğurlu nəticəsidir.
Eyni zamanda, Bank of Baku-nun xalis mənfəəti də 20 % artaraq 24 milyon manat olub. Bu artım bankın maliyyə dayanıqlığını bir daha təsdiqləyir.
Cari dövrün hesabatına əsasən Bank of Baku-nun ümumi aktivləri ötən il ilə müqayisədə 20 % artaraq 1,117 milyard manat, kapitalı isə 8 % artımla 168,9 milyon manat təşkil edib.
Bu nəticələr onu göstərir ki, Bank bazar payını qorumaqla yanaşı, dayanıqlı inkişaf, maliyyə sabitliyi, müştəri məmnuniyyəti və eyni zamanda rəqəmsal innovasiya istiqamətində fəaliyyətini gücləndirərək davam etdirir.
Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar. / azxeber.com

İqtisadiyyat       Tarix: 18 oktyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?

Bakıda mənzil almaq istəyənlərin ilk suallarından biri artıq qiymət deyil. "Binanın tikintisi nə vaxt bitəcək. Son illərdə alıcıların böyük hissəsi tikintisi davam edən layihələrdən dahaçox, qısa müddətdə təhvil veril

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR

Marsol Academy tərəfindən təşkil olunan Amerika Yay Məktəbi proqramı iştirakçılar üçün 15 gün ərzində təhsil, səyahət, mədəniyyət və əyləncə ilə zəngin bir təcrübə oldu. xəbər verir ki, proqram müddətində iştirakçılar ingili

Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik

İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq. -a istinadla xəbər verir ki, bundan sonra ödənişləri POS-terminallar vasitəsilə etmək mümkün olacaq. Belə ki, istifadə olunan qazın dəyər

Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının idarəedilməsi üzrə tətbiq etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində ilk dəfə olara

AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR

Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri üçün Şamaxıya xüsusi səfər təşkil edib. xəbər verir ki, tədbirin məqsədi jurnalistlərin cəmiyyətin məlumatlandırılmasında oynadığı mühüm rola ehtiramı ifad

Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında yeni iri kredit sazişi imzalanıb. Sazişə əsasən

Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım

Bank of Baku və Mastercard süni intellekt və qabaqcıl analitika vasitəsilə problemli kreditlərin ödənişlərinin yığımı strategiyalarını yenidən formalaşdırmaq üçün strateji tərəfdaşlığa başladıqlarını elan ediblər. xəbər veri

ATB-nin əməkdaşı VI "Yüksəliş" müsabiqəsinin qalibi oldu

AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, HeydərƏliyev Fondunun prezidenti Mehriban Əliyevanı

Bu ölkədə "iPhone" bahalaşır

"Apple" Yaponiyada "iPhone" modellərinin qiymətlərini artırıb. Şirkətin bu qərarına səbəb kimi ölkə valyutası olan yenin son illərin ən aşağı səviyyələrinə yaxınlaşması göstərilir. xəbər verir ki, Yaponiyad


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes xeberler az cəbhədən son durum sou xeberler