Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İlin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmlənib və kredit portfeli genişlənib.
Əldə olunan nəticələr Bankın uzunmüddətli inkişaf hədəflərinə doğru ardıcıl irəlilədiyini göstərir. Bank Respublika müştərilərin və sahibkarların maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə biznes fəaliyyətinin genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə dəstəyini davam etdirib.
2026-cı ilin ilk doqquz ayı üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):
Aktivlər 2,66 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir;
Nizamnamə kapitalı 3 dəfədən çox artaraq 240,3 milyon manat təşkil edib;
Məcmu kapital 18,8% artaraq 295,88 milyon manat təşkil edib;
Kredit portfeli 11,5% artaraq 1,76 milyard manata yüksəlib;
Xalis faiz gəlirləri 16,9% artaraq 148,36 milyon manat olub;
Xalis əməliyyat mənfəəti 14,9% artaraq 67,3 milyon manata çatıb;
Xalis mənfəət 16,5% artaraq 50,29 milyon manat təşkil edib;
Depozit portfeli 1,1 milyard manat olub ki, bu da müştərilərin Bank Respublika-ya etimadını və onu etibarlı maliyyə tərəfdaşı kimi seçdiyini əks etdirir;
Xarici maliyyə institutlarından cəlb edilən vəsaitlər 15% artaraq 500 milyon manat olub
Maliyyə dayanıqlığının əsas göstəriciləri:
I dərəcəli kapitalın adekvatlıq əmsalı - 11,7% (normativ: 6,5%); 
Məcmu kapitalın adekvatlıq əmsalı - 14,6% (normativ: 12,5%); 
Leverec əmsalı - 8,81% (normativ: 5%); 
Qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı - 0,87% təşkil edib ki, bu da bank sektorunda ən aşağı göstəricilərdən biridir.
Bank Respublika qarşıdakı dövrdə də dayanıqlı böyümə, real sektorun maliyyələşdirilməsi və müştərilərə təqdim olunan xidmətlərin inkişafı üzrə strateji prioritetlərini davam etdirəcək. Bank maliyyə dayanıqlığının qorunmasına və risklərin effektiv idarə olunmasına əsaslanaraq uzunmüddətli inkişaf imkanlarını genişləndirməyi hədəfləyir.
Daha ətraflı məlumat üçün:
  Veb sayt: www.bankrespublika.az
  Sosial şəbəkələr:  Facebook | Instagram | LinkedIn      | Telegram
  Çağrı Mərkəzi: 144  / azxeber.com

Siyasi       Tarix: 15 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır. KONKRET. -a istinadla xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib. "Bu yaxınlard

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İs

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib

İranın daxili işlər naziri İsgəndər Momeni göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə İsgəndər Momeni İlham Əliyevlə görüşə zamanı bildirib. Nazir qeyd edib ki, Azərbayc

Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı

Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində apardığı hazırkı siyasət ölkə daxilində ciddi tənqidlərə səbəb olub. xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkolo

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib. KONKRET.azxəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib. "Kamboca Kralının dəvətini Siz

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO 

Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistanın başçısı Ramzan Kadırovu qəbul edib. Bu barədə -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Qonağı salamlayan Azərbaycan Prezident

İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlər

Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib. xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadən bildirir ki


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari cəbhədən son məlumatlar xeberler az