Estoniyalı nazir: "Putin müharibəyə son qoya bilər, amma bunu etmir
"Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini, eyni zamanda Avropaya qarşı terror və sabotaj xarakterli addımların atıldığını bildirib".
azxeber.com xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, o Kiyevdə olub və şəhərin raket hücumlarına məruz qalmasının şahidi olub. Onun sözlərinə görə, mülki ərazilərin, bağların və parkların hədəfə alınması qəbuledilməzdir:
"Bu, son qoymalı olduğumuz bir vəziyyətdir. Amma bunu edə biləcək və prosesi irəli apara biləcək yalnız bir şəxs var – Vladimir Putin. Lakin o, bunu etmir".
Tsahkna qeyd edib ki, Rusiya Avropaya qarşı da terror və sabotaj xarakterli fəaliyyətlər həyata keçirir. O bildirib ki, Estoniya dekabrın 1-dən Rusiya ilə sərhəd keçidini dayandıracaq:
"Biz bu vəziyyətdən məmnun deyilik, lakin müəyyən reaksiya verməliyik və Avropanın təhlükəsizliyinin təmin olunması istiqamətində çalışmalıyıq. Bu sahədə azərbaycanlılardan öyrənə biləcəyimiz çox şey var. Xüsusilə qətiyyətli fəaliyyət göstərmək və regiona təhlükəsizlik, nizam-intizamla bağlı mesaj vermək baxımından".
Estoniyalı nazir, həmçinin gələn il Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, tədbir Estoniya və Ukraynanın birgə təşkilatçılığı ilə 2027-ci ilin yanvar ayının sonunda baş tutacaq.
O, Azərbaycanın da konfransda yüksək səviyyədə təmsil olunacağına görə məmnunluğunu ifadə edib və dəstəyə görə təşəkkürünü bildirib.
Aynur Babazadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək
Azərbaycanda kürəkən qayınatasını öldürdü
Bakıda iki azyaşlı bacı vəfat etdi
Elnur Həsənov vəzifədən azad edildi
Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə
Azərbaycanda palçıq vulkanı püskürdü
ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA
Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı
Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
"Sabah" - "Barselona" matçının ən yaxşısı odur