"Bank Respublika" bu ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika", 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Hesabata əsasən, bank sabit artım dinamikası nümayiş etdirərək Azərbaycanın ən fəal inkişaf edən maliyyə institutlarından biri statusunu bir daha təsdiqləyib.
Əldə olunan nəticələr bankın fəaliyyət istiqamətlərinin balanslı inkişafını və müştərilər, eləcə də tərəfdaşlar arasında yüksək etimadı əks etdirir.
Belə ki, bank ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib:
2025-ci ilin üçüncü rübü üzrə əsas maliyyə göstəriciləri:
-Aktivlər - 26,3% artaraq 2,72 milyard manat təşkil edib;
-Məcmu kapital - 20,5% artaraq 249,04 milyon manata çatıb;
-Kredit portfeli - 16,6% artaraq 1,58 milyard manat təşkil edib;
-Depozit portfeli - 12,9% artaraq 1,52 milyard manat olub;
-Xalis faiz gəlirləri - 16,0% artaraq 126,89 milyon manat təşkil edib;
-Xalis əməliyyat mənfəəti - 12,44% artaraq 58,63 milyon manata çatıb;
-Xalis mənfəət - 9,9% artaraq 43,17 milyon manat təşkil edib. 00:38
Maliyyə sabitliyinin əsas göstəriciləri:
- I dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,26% (norma — 6,5%);
- Məcmu kapitalın adekvatlıq əmsalı — 13,74% (norma — 12,5%);
-Leverec əmsalı — 6,77% (norma — 5%).
1992-ci ildə təsis olunan "Bank Respublika", bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan "Sparkassen International Development Trust" (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: "Facebook", "Instagram", "LinkedIn", "Telegram"
Çağrı Mərkəzi: 144 / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır