"Bank Respublika" I rübdə əsas maliyyə göstəriciləri üzrə artım əldə edib
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika", 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Hesabat dövrünün yekunlarına əsasən, bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.
Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.
Belə ki, bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş etdirib.
2026-cı ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:
- Aktivlər 18% artaraq 2,64 mlrd manat təşkil edib;
- Məcmu kapital 13,5% artaraq 264,05 mln manat olub;
- Kredit portfeli 9% artaraq 1,64 mlrd manat təşkil edib;
- Xalis faiz gəlirləri 15,2% artaraq 47,2 mln manat olub;
- Xalis əməliyyat mənfəəti 22,7% artaraq 22,4 mln manat səviyyəsinə çatıb;
- Xalis mənfəət 17,7% artaraq 17,03 mln manat təşkil edib.
Ətraflı
- Depozit portfeli 1,2 mlrd manat olmuşdur ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
- I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,15% (norma 6,5%)
- Məcmu kapitalın adekvatlıq əmsalı - 13,23% (norma 12,5%)
- Leverec əmsalı - 7,57% (norma 5%)
- Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,77% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.
Qeyd etmək lazımdır ki, 2026-cı ilin birinci rübü ərzində "Bank Respublika", müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: "Facebook", "Instagram", "LinkedIn", "Telegram"
Çağrı Mərkəzi: 144
/ azxeber.com
f Paylaş
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb