"Bank Respublika" müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır
Hər il oktyabr ayında dünyada "Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı" qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həm fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn təhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək, təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.
"Bank Respublika" bu təşəbbüsə qoşularaq bildirir ki, təhlükəsizlik ilk olaraq sizdən başlayır. Rəqəmsal mühitdə təhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəri məlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təmin edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirir.
"Bank Respublika" müştəri məlumatlarının qorunması və rəqəmsal əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasir texnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları və davamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.
"Bank Respublika" müştərilərə kibertəhlükələrdən qorunmaq üçün aşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:
- Şəxsi məlumatlarınızı paylaşmayın
"Bank Respublika" heç vaxt telefon və ya mesaj vasitəsilə PIN, şifrə, SMS kod kimi məlumatları tələb etmir.
- Klik etməzdən əvvəl düşünün
Naməlum linklərə və fayllara keçid etməzdən əvvəl mənbənin etibarlılığını yoxlayın.
- Hesablarınızı gücləndirin
Çoxfaktorlu autentifikasiya (MFA) və unikal parol hesabınızın ən güclü qoruma üsuludur.
- Kart məlumatlarınızı qoruyun
Kart nömrəsi, CVV və PIN yalnız sizə məxsusdur. Onları paylaşmaq maliyyə risklərinə səbəb ola bilər.
- Bildirişləri aktiv saxlayın
Ətraflı
SMS və push bildirişləri şübhəli əməliyyatları dərhal görməyə kömək edir.
- Yalançı lotereya və müsabiqələrə inanmayın.
Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız "Bank Respublika"nın rəsmi səhifələrində qeyd olunan məlumatlara etibar edin.
- Təhlükəsiz şəbəkədən istifadə edin
İctimai Wi-Fi üzərindən bank əməliyyatları aparmaq risklidir. Yalnız etibarlı bağlantılardan istifadə edin.
- Mobil tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin
"App Store" və ya "Google Play"dən kənar mənbələrdən yüklənən tətbiqlər təhlükə yarada bilər.
- Sosial şəbəkələrdə ehtiyatlı olun
Ad günü, ünvan və digər şəxsi məlumatları paylaşmaq dələduzlara fürsət yarada bilər.
"Bank Respublika" hər kəsi rəqəmsal mühitdə məsuliyyətli davranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsi məlumatlarını qorumağa çağırır.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: "Facebook", "Instagram", "LinkedIn", "Telegram"
Çağrı Mərkəzi: 144
/ azxeber.com
f Paylaş
Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır