Bank Respublika müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırır
Bank Respublika, hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə müştərilərini rəqəmsal mühitdə artan fırıldaqçılıq (fraud) risklərinə qarşı diqqətli olmağa çağırır. Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının "Təhlükəsiz internet" proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindən təşkil olunur və əsas məqsədi istifadəçilərin onlayn təhlükəsizlik barədə maarifləndirilməsidir.
Rəqəmsal bank xidmətlərindən istifadənin genişlənməsi fonunda fırıldaqçılıq üsulları da daha hədəfli, daha inandırıcı və daha sürətli xarakter alır. Bank Respublika müştərilərinin maliyyə təhlükəsizliyinin qorunmasını prioritet hesab edərək, son dövrlərdə ən çox rast gəlinən risklər və onlardan qorunma yolları barədə maarifləndirici məlumatları diqqətə çatdırır.
Hazırda vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları aşağıdakılardır:
Saxta e-mail və SMS-lər vasitəsilə kart və hesab məlumatlarının ələ keçirilməsi (phishing, smishing);
Bank əməkdaşı adı ilə edilən telefon zəngləri (vishing);
Saxta onlayn mağazalar və həddindən artıq ucuz alış təklifləri;
Sosial şəbəkələrdə tanışların adından göndərilən "təcili pul" mesajları;
Saxta QR-kodlar və kampaniya elanları;
İş təklifi, investisiya və ya bonus adı altında kart məlumatlarının tələb olunması;
Mobil nömrənin ələ keçirilməsi (SIM-swap) və saxta mobil tətbiqlər.
Bank Respublika müştərilərə aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:
Bank kartının PIN, CVV və OTP kodlarını heç bir halda paylaşmamaq;
SMS və e-maillərdəki naməlum və şübhəli keçidlərə daxil olmamaq;
Tələsdirən və qorxuducu zəng və mesajlara emosional reaksiya verməmək;
Pul köçürməzdən əvvəl məlumatı bankın rəsmi əlaqə kanalları vasitəsilə yoxlamaq;
Mobil tətbiqləri yalnız rəsmi tətbiq mağazalarından yükləmək;
"Zəmanətli qazanc" vədi verilən təkliflərə ehtiyatla yanaşmaq.
Bank Respublika heç bir halda müştərilərindən telefon, SMS, e-mail və ya sosial şəbəkələr vasitəsilə kartın məxfi məlumatlarını tələb etmir. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı dərhal dayandırmaq və bankın rəsmi əlaqə kanalları ilə əlaqə saxlamaq tövsiyə olunur.
Daha ətraflı məlumat üçün: Veb sayt: www.bankrespublika.az Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram Çağrı Mərkəzi: 144 / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu