Bank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün tədbir keçirdi - FOTOLAR

Bank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün tədbir keçirdi - FOTOLARBank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçün maarifləndirici tədbir təşkil edib.
Tədbirin əsas məqsədi şagirdlərə maliyyə savadlılığının əsas prinsiplərini aşılamaq, onlarda düzgün maliyyə davranışı formalaşdırmaq və gələcəkdə daha məsuliyyətli maliyyə qərarları qəbul etmələrinə dəstək olmaqdır.
Tədbir çərçivəsində Bank Respublikanın mütəxəssisləri tərəfindən məktəblilərə pulun idarə olunması, büdcə planlaşdırılması, qənaət vərdişlərinin formalaşdırılması, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik mövzularında interaktiv təqdimatlar keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri maliyyə situasiyaları üzərindən praktiki nümunələrlə məlumatlandırılıb, sualları ətraflı şəkildə cavablandırılıb. 
Tədbirin interaktiv hissəsi çərçivəsində təşkil olunan viktorinada sualları düzgün cavablandıran məktəblilər Bank Respublika tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Qlobal Pul Həftəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən hər il keçirilən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüsün əsas məqsədi uşaqların və gənclərin maliyyə savadlılığını artırmaqdır. Bank Respublika da bu təşəbbüsə qoşularaq ölkədə maliyyə maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Bank Respublika bundan sonra da gənc nəslin maliyyə biliklərinin artırılmasına yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.
#GlobalMoneyWeek2026 #GMW2026 #SmartMoneyTalks #MaliyyəSavadlılığı 
 Daha ətraflı məlumat üçün:
   Veb sayt: www.bankrespublika.az
   Sosial şəbəkələr:   Facebook |   Instagram |         |   Telegram
   Çağrı Mərkəzi: 144
Bank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün tədbir keçirdi - FOTOLARBank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün tədbir keçirdi - FOTOLARBank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün tədbir keçirdi - FOTOLARBank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün tədbir keçirdi - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 19 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər son xeberler bugun 2026 muharibe zelzele valyuta