Bank Respublika sahibkarlara 10 fürsət təqdim edir

Bank Respublika sahibkarlara 10 fürsət təqdim edirİsti yay ayları artıq geridə qaldı. Payızın gəlişi ilə iş adamları yeni biznes planlarını həyata keçirməyə və ya mövcud bizneslərini genişləndirməyi düşünürlər.
Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, payızın gəlişi ilə sahibkarlar üçün yeni "Biznesə 10 fürsət" adlı mikro və aqro kredit kampaniyasına start verir.
Belə ki, dekabr ayının 31-dək davam edəcək kampaniya çərçivəsində "Bank Respublika"ya müraciət edən iş adamları, mikro və aqro kreditləri illik min. 10%-lə və 10 güzəştlə əldə etmək fürsəti qazanacaq:
-Kredit faizi – 30% endirim;
-12 ayadək güzəşt müddəti;
-Zaminsiz kredit götürmək imkanı;
-Komissiyasız kredit götürmə imkanı;
-Tranşla kredit götürmə imkanı ;
-Kredit xətti açılması imkanı;
-Sərbəst ödəniş qrafiki;
-Sığorta tələbi yox;
-Qiymətləndirmə xərci yox;
-NeoKart Standard kartı - 50% endirimlə.
Kreditin maksimal məbləği 50.000 manat, müddət 36 ay təşkil edir. Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq "Bank Respublika"nın rəsmi saytından, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 050 6 144 144 nömrəsinə "Kredit" yazıb göndərərək sifariş edə bilərlər.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 03 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar cəbhədən son xəbər cəbhədən şad xəbər xeber az