"Bank Respublika" və IFC sahibkarlığın dəstəklənməsi üçün iri məbləğli kredit sazişi imzaladı

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
azxeber.com xəbər verir ki, bank bu dəfə, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycanda kiçik sahibkarlığın, eləcə də qadın sahibkarlığının dəstəklənməsi məqsədilə 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb. Bu, son illər beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan bankları arasında imzalanan ən böyük kredit müqavilələrindən biridir.
Layihəni IFC-nin Qadın sahibkarları üçün maliyyə təşəbbüsü və Qadın sahibkarları üçün imkanlar proqramı dəstəkləyir. Layihənin əsas məqsədi post-pandemiya dövründə iqtisadi fəallığı təşviq etməklə, bank tərəfindən mikro, kiçik və orta sahibkarların (MKOS-ların), o cümlədən qadın sahibkarların kreditləşməsini genişləndirməkdir.
"Bankımızın fəaliyyət strategiyasında real sektorun, xüsusən də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi əsas hədəf olduğundan, bu sahənin inkişafına xüsusi diqqət göstəririk. Əminik ki, dünyanın aparıcı maliyyə qurumlarından olan IFC-nin strategiyamıza inam göstərərək dəstəkləməsi, "Bank Respublika"nın qarşıya qoyduğu hədəflərə uğurla çatmasında öz müsbət töhfəsini verəcək," – deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
"Qlobal miqyasda pandemiya məhz kiçik bizneslərə, xüsusilə qadın sahibkarlarına daha ciddi təsir göstərdi. Azərbaycan da burada istisna deyil. IFC-nin maliyyə paketi "Bank Respublika"ya bu zəruri biznesləri dəstəkləməyə kömək edəcək, o cümlədən maliyyə sektorunun dayanıqlığını artırmağa və post-pandemiya dövründə iqtisadiyyatı canlandırmaq səylərini möhkəmləndirməyə öz töhfəsini verəcək," – IFC-nin Avropa üzrə regional direktoru Rəna Karadşeh qeyd edib.
IFC-nin ayırdığı maliyyə vəsaitləri, MKOS-lar üçün maliyyə əlçatanlığını və iqtisadiyyatın rəqabətə davamlılığını artırmaq kimi məqsədlər güdən Dünya Bankı Qrupunun Azərbaycan üzrə strategiyasına uyğundur. O, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də yer alan kiçik biznesləri dəstəkləyərək iqtisadi artımı sürətləndirmək və iş yerlərin yaradılmasını təşviq etmək kimi vəzifələrlə uzlaşır.
Azərbaycan 1995 ildən etibarən IFC-nin üzvüdür. Indiyə qədər Korporasiya Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon dollara yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) investisiya qoyub. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə təxminən 100 milyon dolları məbləğində ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələrini icra edib.
IFC Dünya Bankı Qrupunun üzvü və inkişafda olan iqtisadiyyatlarda özəl sektorun artımına fokuslanmış ən iri inkişaf təşkilatıdır. Korporasiya 100-dən çox ölkədə işləyir, kapital, təcrübə və təsirimizdən yararlanaraq inkişafda olan ölkələrdə yeni bazarlar və imkanlar yaradırıq. 2022-ci maliyyə ilində inkişafda olan ölkələrdəki özəl şirkətlərə və maliyyə müəssisələrinə 32,8 milyard dolları məbləğində rekord maliyyə ayırıb, iqtisadiyyatlar qlobal mürəkkəbləşmə böhranlarının təsirləri ilə mübarizə apararkən, ifrat yoxsulluğa son qoymaq və ümumi rifahı artırmaq üçün özəl sektorun gücündən istifadə edib. Daha ətraflı məlumat üçün: www.ifc.org

İqtisadiyyat       Tarix: 26 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri beynelxalq bank mezenne cəbhədən görüntülər iqtisadiyyat xeberleri bugun