Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı
ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb. Bu vəziyyət valyuta mübadiləsi aparan şəxslər arasında suallar doğurur.
Bəs banklar köhnə dollar əskinaslarını niyə qəbul etmək istəmir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bunun əsas səbəbi bankların həmin əskinasları yenidən dövriyyəyə buraxmaqda çətinlik çəkməsidir.
Ekspertin sözlərinə görə, banklar dolları uzun müddət saxlamır, onu bir müştəridən alaraq digərinə satırlar:
"Bank köhnə, cırıq və ya zədələnən dolları qəbul etməyə həvəsli olmur. Çünki onu sonradan başqa şəxsə satmaq çətinləşir. Bank dolları yığıb saxlamır. Bir şəxsdən alır, digərinə satır. Köhnə əskinası satmaqda problem yaşadığı üçün onu almaqdan da yayınır."
X.Kərimli qeyd edib ki, manatla bağlı vəziyyət fərqlidir. Onun sözlərinə görə, köhnələn və ya müəyyən dərəcədə zədələnən manat əskinasları banklar qəbul edərək Azərbaycan Mərkəzi Bankı vasitəsilə yenisi ilə əvəz edə bilirlər.
"Amma dolların sahibi Azərbaycan Mərkəzi Bankı deyil. Dolların emissiyaçısı ABŞ Mərkəzi Bankıdır. Azərbaycan banklarının həmin əskinasları ABŞ-a göndərib dəyişdirməsi həm çətin, həm də məhdud imkanlara malik prosesdir. Mərkəzi Bank dollarla bağlı təminat vermir. Bank burada sadəcə vasitəçi rolunu oynayır", – deyə iqtisadçı vurğulayıb.
Ekspert hesab edir ki, məhz bu səbəbdən banklar köhnə və ya zədələnən dollar əskinaslarını qəbul etməkdə ehtiyatlı davranırlar.
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Paytaxtın bu yolları bağlı olacaq
AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama
"Qarabağ" "Sabah"ı təbrik etdi
Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA
"Sabah" "Slaviya"ya qarşı... - Canlı