Banklar niyə dollar satmır və ya "qara bazar"a pas ötürən kimlərdir? – İLGİNC DETALLAR

Banklar niyə dollar satmır və ya "Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb. Amma Azərbaycan banklarından dollar almaq xeyli çətinləşib. Bəzi banklar isə ümumiyyətlə dollar satmır.  Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi (1,7) ilə alır".
Bu barədə KONKRET.az-a açıqlamasında tanınmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov fikir səsləndirib. O bildirib ki, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər əldə edə bilmirlər: "Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon dollar ala bilərlər. Deməli bunu edə bilmirlər, çünki Mərkəzi Bank satışı məhdudlaşdırıb. Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Deməli əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika və dollara tələbat da artır. Devalvasiyanın olacağı haqda söz-söhbət də dolaşır. Axı 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi. Lakin böyük ehtimalla devalivasiya olmayacaq.  Çünki 2015-ci ildən fərqli olaraq indi neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı zəifdir. Çünki iqtisadi problemlər və sosial narazılıq arta bilər".
Əkrəm Həsənovun sözlərinə görə, yeganə ehtimal odur ki, kimlərsə "qara bazar"a pas ötürür, yəni onu təşviq edir: "Dollara çox ehtiyacı olanlar (əsasən sahibkarlar) əlacsız qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dollar alır. Təbii ki, bankların məzənnəsindən yüksək qiymətlə əldə edirlər. Ümumiyyətlə ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20 min manatlıq limitin tətbiqinin nəticələrindən biri də elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə bu "qara bazar"ı yaman himayə edir. Bəs kimdir onlar? Cinayətkarlar? Ola bilər! Amma o da ola bilər ki, həmin şəxslər özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər. Məsələni yuxarı dairələrdə elə təqdim edilər ki, guya "bir güllə ilə iki quş" vururlar:
1) devalvasiya baş vermir və əhalinin mütləq əksəriyyətinin narazılığı yaranmır (sadə insanların xırda dollar ehtiyacları qarşılanır);
2) valyuta ehtiyatları çox ərimir, çünki iri dollar satışları "qara bazar" vasitəsilə yüksək məzənnə ilə satılır.
Banklar niyə dollar satmır və ya Mövcud vəziyyəti kimlərin yaratdığını deyə bilmərəm.  Təkcə onu bilirəm ki, bu əməllə dövlətin iqtisadi qüdrətini sarsıdırlar. Hələ də başa düşmürlər ki, dövlət qanunlarla idarə olunmalıdır. Oyun qaydalarına riayət edilməlidir. Rəsmi məzənnə varsa, onunla da valyuta mübadiləsi əməliyyatları məhdudiyyətsiz həyata keçirilməlidir".
İqtisadçı ekspert əlavə edib ki, bu cür hallar dövlətə etimadı (Xüsusən sahibkarlar tərəfindən ) azaldır: "Axı son nəticədə mövcud vəziyyətdən əziyyət çəkən məhz sahibkarlardır. "Qara bazar"a göndərilən də onlardır, səssiz-səmirsiz ziyana uğrayan, əllərində olan layihələri icra edə bilməyən, yeni müqavilələr bağlamaqda əziyyət çəkən də…. Ən əsası isə ölkədə sahibkarlıqla məşğul olmaq, bura pul yatırmaq istəyən potensial sahibkarların sırası azalır. Deməli, get-gedə pul və iqtisadi aktivlik azalacaq. Axmaqlar, canilər və ingilisdilli qlamur boşboğaz "ağıllılar" da talamağa bir şey qalmayanda çıxıb gedəcəklər. Biz isə burada qalacağıq. Neftsiz, amma manatla…"
Müşviq Tofiqoğlu
KONKRET.az
 

Sosial       Tarix: 19 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bu gun xeberler son xabar sou xeberler