Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir? - AÇIQLAMA
Bu gün banklar tərəfindən vətəndaşlara göndərilən yalançı SMS-lər ciddi narazılığa səbəb olan məsələlərdən biridir.
Banklar vətəndaşlara böyük məbləğdə, 20 min, 30 min məbləğində kredit təklifini əks etdirən SMS-lər göndərir lakin vətəndaş müraciət edərkən bəlli olur ki, vətəndaşın bu krediti götürmək imkanı yoxdur. Əgər elədirsə, banklar niyə vətəndaşları narahat edib narazı salır?
Azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, istehlakçılara yanlış məlumatın verilməsi qanunla qadağandır.
"Bu, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna da ziddir. İstər banklar, istərsə də maliyyə xidmətləri göstərən digər qurumlar vətəndaşa onun ödəmə qabiliyyətinə və ya ala biləcəyi kredit məbləğinə uyğun olaraq məlumat göndərməlidir. Misal üçün, kimlər hansı şərtlər daxilində hansı məbləğdə kredit ala bilər.
Yəni vətəndaşa ümumi məlumatların göndərilməsi qanunaziddir. Çünki vətəndaş zaman sərf edir, banka gedir amma sonradan bəlli olur ki, vətəndaşın həmin məbləğdə kredit almaq hüququ yoxdur", - deyə deputat bildirib.
O qeyd edib ki, bu məsələnin tənzimlənməsi, Mərkəzi Bank tərəfindən də bu hallarla bağlı xüsusi qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bağlı bankların göndərdiyi SMS-lər və ya kreditlə bağlı dəvətlər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı