"Barbi" gəlinciyinə bənzəmək üçün 88 kq arıqladı - FOTO
"Barbi" gəlinciyinə bənzəmək üçün 88 kq arıqladı - FOTO
Avstraliyalı qadın "Barbi" gəlinciyinə bənzəmək üçün 88 kq arıqlayıb.
Sidneydən olan Kayla Lavender uşaq vaxtından "Barbi"yə aşiq olduğunu deyir. Hətta valideynlərinin ona hədiyyə etdiyi 200 kukla kolleksiyası da var.
"Mənim "Barbi" ilə bağlılığım uşaq vaxtı başlayıb və yetkin dövrümdə də davam edir", - deyə Kayla bildirib.
O, etiraf edib ki, özü də gəlinciyə bənzəmək istəyib, ancaq artıq çəkisi bu arzusuna mane olub.
Bir dəfə təyyarədə uçmaq üçün iki oturacaq almaq məcburiyyəti isə onu özünə gətirib. Bundan sonra qadın pəhrizlərə keçib, lakin bu nəticəsiz olub. Nəhayət 2018-ci ildə Kayla mədə kiçiltmə əməliyyatına qərar verib.
"Əməliyyatdan sonra özümü yeni qadın kimi hiss etdim. Ancaq bu kifayət etmədi, həyat tərzimi də dəyişdirməli oldum", - deyə Lavender etiraf edib.
Onun sözlərinə görə, artıq səhərini qaçışla başlayır, qidalanmasına nəzarət edir və mütəmadi idmanla məşğul olur. Həmin vaxtdan bu günə kimi avstraliyalı 88 kq arıqlayıb.
"Arıqlayan hər kəsə demək istəyirəm ki, ardıcıllıq əsas amildir. Tərəzidəki rəqəmlərə diqqət yetirməyin, ardıcıl olmağa çalışın", - deyə Kayla məsləhət görüb.
Mənbə: Daily Star

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız