"Barselona" ilk finalçı oldu
İspaniya Super Kubokunda ilk yarımfinal görüşü keçirilib.
Publika.az xəbər verir ki, ilk qarşılaşmada "Real Sosyedad" öz meydanında "Barselona" ilə üz-üzə gəlib.
Oyunda hesabı Kataloniya klubu açıb. 39-cu dəqiqədə De Yonq "Barsa"nı irəli çıxarıb. Matçın 51-ci dəqiqəsində Oyarzabal penaltini dəqiq yerinə yetirərək ev sahiblərinin bərabərlik qolunu vurub.
Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Barselona" ilk finalçı olub.
"Real Sosyedad" – "Barselona" - 1:1 (penaltilər 2:3)
Digər finalçının adına yanvarın 14-ü saat 00:00-da start götürəcək "Real Madrid" – "Atletik Bilbao" görüşündə aydınlıq gələcək.
Qeyd edək ki, "Real Sosyedad" - "Barselona" matçında qonaqların əsas kapitanı Lionel Messi zədə səbəbindən oynamayıb. O, matçı tribunadan izləyib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür