Baş ağrısının həyati təhlükə yaradan beş əlaməti sadalandı - FOTO
Baş ağrısının həyati təhlükə yaradan beş əlaməti sadalandı - FOTO
Baş ağrısı zamanı müşahidə olunan beş əlamət həkimə müraciət etmək üçün əsasdır.
Bu barədə britaniyalı nevroloq Mohan Sakeram xəbərdarlıq edib.
O, ümumiyyətlə baş ağrısının bir sıra səbəbləri ola biləcəyini və bunda həyat tərzinin mühüm rol oynadığını deyib.
"Məsələn, növbədə işləyən və ya nədənsə gecələr aktiv qalmaq məcburiyyətində olan insanlar yuxudan oyananda tez-tez baş ağrıları keçirirlər. Kofeindən sui-istifadə və daimi kompüter qarşısında oturmaq da əzələlərin sıxılmasına, spazmlara gətirib çıxarır ki, bu da ağrılara səbəb ola bilər", - deyə o, fikrini izah edib.
Nevroloq əlavə edib ki, yuxu pozğunluğundan, stressdən əziyyət çəkənlər, həmçinin psixi sağlamlıq problemi olan insanlar da mütəmadi olaraq baş ağrıları yaşaya bilərlər və bir çox hallarda baş ağrısının həyati təhlükə ilə əlaqəsi yoxdur.
"Ancaq sizin üçün qeyri-adi şiddətli ağrı yaranarsa bu müayinə üçün ciddi bir səbəbdir. Ən həyəcanverici variant zərbəyə bənzəyən baş ağrısıdır; birdən, qəfil meydana gəlir və dərhal son dərəcə güclü hiss olunur", - deyə həkim xəbərdarlıq edib.
Nevroloq baş ağrısı üçün təcili tibbi yardıma müraciət etməyin zəruriliyini göstərən bir neçə əlaməti sadalayıb:
- Ağrı ilə eyni vaxtda bulanıqlıq yaranır və ya görmədə ikiləşmə meydana gəlir
- Baş ağrısı qusma ilə müşayiət olunur.
- Baş ağrısı gecə yaranır və insanı yuxudan oyadır.
- Ağrı boyun sərtliyi və yüksək hərarətlə müşayiət olunur.
- Ağrı elə şiddətli hala keçir ki, adi analgetiklər kömək etmir.
Həkimin sözlərinə görə, göstərilən hallar ciddi daxili patologiyaların xarici simptomudur və həyati təhlükəsi yüksəkdir.
Mənbə: Medik Forum

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız