Baş həkim Bakıda 40 nəfərin zəhərlənməsi xəbərinə aydınlıq gətirdi
Bakıda bir gündə 40 nəfərin dəm qazından kütləvi zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi ilə bağlı bəzi saytlarda yayılan məlumat yalandır.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlqmasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Baş həkim bildirib ki, müəyyən maraqlı şəxslər cəmiyyətdə ajiotaj yaratmaq üçün yalan məlumatlar yayır:
"Bildirmək istəyirəm ki, dünən toksikologiya şöbəsinə Bakının ayrı-ayrı ərazilərindən fərdi qaydada ümumilikdə 14 nəfər dəm qazından zəhərlənmə ilə gətirilib. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib, ambulator yardımdan sonra hamısı evə buraxılıb. Dünən Bakıda heç bir kütləvi zəhərlənmə baş verməyib. Bəziləri yalan məlumatlar yaymaqla nəyəsə nail olmaq istəyirlər".
Xatırladaq ki, bəzi saytlarda dünən Bakıda dəm qazından kütləvi zəhərlənmə olması və nəticədə 40 nəfərin 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi barədə məlumat yayılıb.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ