Baş konsul: 'Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq

Baş konsul: 'Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq"Pakistan və Azərbaycan yüz ildən artıq davam edən tarixi əlaqələrə malikdir. Bu əlaqələr son bir neçə ildə və xüsusən indi - Azərbaycan torpaqlarını geri qaytardıqdan, şanlı Qələbənin əldə olunmasından sonra daha da möhkəmlənib. Ümid edirik ki, Pakistan və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək".
Bu fikirləri "Report"un Türkiyə bürosuna müsahibəsində Pakistan İslam Respublikasının İstanbuldakı Baş konsulu Bilal Xan Paşa bildirib.
Baş konsul xüsusilə son dövrlərdə Pakistanla Azərbaycan və Türkiyə arasında artan ticarət, siyasi, diplomatik əlaqələri yüksək qiymətləndirib və Azərbaycan xalqını Vətən müharibəsindəki tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib:
"Dost və qardaş Azərbaycan xalqını tarixi və mənəvi əhəmiyyət kəsb edən Vətən müharibəsindəki qələbəsi münasibətilə təbrik edirəm. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu yaxınlarda Pakistandan Azərbaycana ticarət karvanı göndərmişik və eyni karvanın Azərbaycan məhsullarını Pakistana daşıyacağı da gözlənilir".
O, iki ölkə arasında əlaqələrin daha inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb:
"Gələcəkdə insanlar arasındaki təmasların, əlaqələrin daha da güclənəcəyinə ümid edirik. Əlbəttə, artıq rast gəlinən haldır, lakin hesab edirəm ki bu, daha da intensivləşəcək.
Pakistan və Azərbaycan arasında birbaşa uçuşlar da olacaq. Daha çox turizm və səyahətlə bağlı imkanlar yaranacaq və bir zamanlar uğurlu ticarət yolu olan tarixi İpək yolu yaxın vaxtlarda Pakistan, Azərbaycan və Türkiyənin yeni ticarət əlaqələri üçün yenidən açılacaq".

Siyasi       Tarix: 10 noyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərin

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variantın nəzərdən keçirildiyini bildirib. Paşinyan bu barədə brifinqdə danışıb. "Birinci variant ondan ibarətdi

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagir

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler ən son xəbərlər bugün futbol xeberleri son xeberler bugun 2026 azerbaycan