"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"
Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb.
KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millinin düşərgəsini niyə tərk etdiyini açıqlayıb.
Ronaldo bildirib ki, baş məşqçi onun üçün milli komandada xüsusi plan hazırlayıb və ilkin razılaşmaya əsasən Norveç və Danimarkaya səfərlərdə iştirak etməməli, yalnız Draqaodakı oyunda meydana çıxmalı idi. Lakin Norveçlə matç öncəsi ondan 30 dəqiqə oynamağa hazır olması istənilib. Ronaldo razılaşsa da, isinməsinə baxmayaraq, meydana buraxılmayıb.
"Qalanını hamı bilir. İkinci hissədən etibarən isinməyə başladım, dəqiqələrin keçməsini izlədim və oyuna buraxılmadım. Baş məşqçi sözünü tutmadı.
Matçın sonunda sadəcə hər şeyin qələbə ilə başa çatmasını və tək qalmaq istəyirdim. Azarkeşləri salamlamağa getmədim. Bu, yalnız mənim məsuliyyətim olan və baş verməməli bir səhv idi.
Orada bizə dəstək olan portuqaliyalılardan, azarkeşlərdən və hətta portuqaliyalı olmasa da, məni görmək üçün ora gələn hər kəsdən üzr istəyirəm".
Ronaldo bildirib ki, 48 saat sonra baş məşqçi və Simau Koutinyonun iştirakı ilə yenidən görüş keçirilib:
"Çox səmimi söhbət idi. Razılaşdıq ki, bunu həll etməyin yalnız bir yolu var. Baş məşqşi mənə ikilikdə dediklərini mətbuat otağında da təkrarlamalıdır. deyəcəkdi ki, mən oynamaq üçün hər hansı dəqiqə istəməmişəm, bunu məhz baş məşqçi təklif edib. Məni meydana buraxmadan isinməyə göndərməsinin səhv olduğunu və bir də belə halın təkrarlanmayacağını söyləyəcəkdi.
Mətbuat konfransı isə hamının bildiyi kimi keçdi. Oradakı münasibətin bizim görüşümüzlə heç bir əlaqəsi yox idi. Layiq olmadığımı düşündüyüm ifadələr və aqressivlik gördüm. Halbuki baş məşqçi əvvəlki gün şəxsi söhbətimizdə mənə belə bir münasibət göstərməmişdi".
O, həmçinin tətbiq olunacaq cəzanı qəbul etdiyini və komandanın kapitanı kimi məsuliyyət daşıdığını qeyd edib.
Ronaldo milli komandada oynamağa davam etmək istədiyini də vurğulayıb:
"Bütün azarkeşlərimə, xüsusən də bütün portuqaliyalılara söz verə bilərəm ki, bir və ya daha çox vida matçımız olacaq. Bunun üçün vaxtımız olacaq.
Fiziki baxımdan sağlam olsam, tətbiq ediləcək cəzanı çəkdikdən sonra, həmişə olduğu kimi millimiz üçün mübarizə aparacağam".qafqazinfo.az
Turlar.az [newsid: 0-123300]

Estoniya XİN başçısı Azərbaycana gəlir
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Rəşad Nəbiyev: 'İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
Bu vətəndaşların kredit borcu silinəcək
AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR
Türkiyənin tanınmış hakimi həbs edildi
"Bitcoin" 190 min dolları keçə bilər
Ağstafada iki qardaş kafedə xəsarət alıb
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin - Fotosu