Baş nazir bir sıra sənədlərdən "əlil" və "qüsur" sözlərinin çıxarılması ilə bağlı qərar verdi - VİDEO
Baş nazir bir sıra sənədlərdən "əlil" və "qüsur" sözlərinin çıxarılması ilə bağlı qərar verdi - VİDEO
Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nın təsdiq edilməsi barədə" 2013-cü il 17 oktyabr tarixli 306 nömrəli, "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə" 2014-cü il 26 fevral tarixli 63 nömrəli və "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nın təsdiq edilməsi haqqında" 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun tətbiqi ilə "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "İcbari sığortalar haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Mədəniyyət haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Qeyd edilən qanunlara edilmiş dəyişikliklərə əsasən "əlil" sözü "əlilliyi olan şəxs" sözləri, "qüsur" sözü "pozuntu" sözləri ilə əvəz edilib.
Bununla əlaqədar "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nın təsdiq edilməsi barədə", "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə" və "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nın təsdiq edilməsi haqqında" 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilib.
/oxu.az
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına