Baş Nazirdən yeni qərar
Baş Nazir Əli Əsədov Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2021-2025-ci illər üçün açılması barədə qərar imzalayıb.
Open.az xəbər verir ki, Nazirlər Kabineti Konstitusiyanın 119-cumaddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2020-ci ildə kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin müddətinin başa çatdığını və 2021-2025-ci illər üçün onların yenidən çap edilməsi zərurətini nəzərə alaraq qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yeni təsərrüfatbaşına uçot sənədlərini çap etdirərək, 2020-ci il noyabrın 1-dək müvafiq bölgü əsasında Azərbaycan Respublikasının rayon (şəhər) icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılmasını təmin etsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2021-2025-ci illər üçün yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etsinlər.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yeni təsərrüfatbaşına uçot sənədlərinin çapının 2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etsin.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib