Baş Prokurorluq narkotiklərlə bağlı cəzaların dəyişdirilməsinə aydınlıq gətirdi

Baş Prokurorluq narkotiklərlə bağlı cəzaların dəyişdirilməsinə aydınlıq gətirdiBaş Prokurorluq qanunvericilikdə narkotiklərlə bağlı cəzaların dəyişdirilməsinə aydınlıq gətirib.
Qurumun Mətbuat Xidmətindən azxeber.com-a daxil olan məlumatda deyilir:
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir.
Son günlər sosial şəbəkələrdə Milli Məclis tərəfindən qəbul edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanunlar düzgün təbliğ edilməməklə, "şəxsi istehlak miqdarında" ifadəsinin "az miqdarda" ifadəsi ilə əvəz edilməsi barədə məlumat mətbuatda "az miqdarda" narkotikdən istifadəyə görə cinayət məsuliyyətinin ləğv edilməsi" kimi səhv təsəvvürün formalaşdırılmasına şərait yaradıb.
Bununla əlaqədar bildirilir ki, qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət, həmin əməllərin şəxsi istehlak miqdarında törədilməsinə görə isə inzibati məsuliyyət müəyyən edilir.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyasında, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasında, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Bununla belə, Cinayət Məcəlləsinin qüvvədə olan 234.1-ci maddəsində əksini tapmış "narkotik vasitələr" anlayışı tərkibində narkotik maddələr olan bitkiləri də əhatə etməli olduğu halda, bitkilərin "şəxsi istehlak miqdarı"nın müəyyən edilməsi mümkün olmadığından qeyd olunan əməllər həmin maddə ilə tövsif edilmir.
Bu isə təcrübədə müəyyən çətinliklərə səbəb olmaqla, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri (onların hissələrini) toplama və ya digər üsullarla əldə etmə, saxlama və daşıma əməllərinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin, satış məqsədi olmadan külli miqdarda və ümumiyyətlə məqsədindən asılı olmayaraq xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməllərə görə məsuliyyətin daha da ağırlaşdırılması zərurəti yaradıb.
Göstərilənlərə əsasən, vahid terminologiyanın tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisində üç oxunuşdan keçərək qəbul olunmuş dəyişikliklərdə yuxarıda qeyd edilən maddələr üzrə "şəxsi istehlak miqdarında" sözləri "az miqdarda" sözləri ilə, "şəxsi istehlak miqdarından artıq miqdar" sözləri isə "xeyli miqdar" sözləri ilə əvəz olunmuş, "külli" və "xüsusilə külli" miqdarlarla bağlı cinayət məsuliyyətinin sərtləşdirilməsini nəzərdə tutan zəruri dəyişikliklər edilib.
Göründüyü kimi qeyd olunan dəyişikliklər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin dekriminallaşdırması deyil, əksinə qeyd olunan sahədə bütün ictimai təhlükəli əməllər üzrə məsuliyyətin labüdlüyünün təmin edilməsi üçün edilib".

Sosial       Tarix: 12 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber az hava proqnozu kriminal xeberler son xabarlar