Baş Prokurorluq və Səfərbərlik Xidməti birgə məlumat yaydı

Baş Prokurorluq və Səfərbərlik Xidməti birgə məlumat yaydıBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.
azxeber.com xəbər verir ki, bu, Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə yaydığı məlumatda bildirilib.
"İstintaqla, həmçinin çağırışçıların tibbi müayinəsini həyata keçirən xəstəxana və Hərbi Həkim Komissiyalarının həkimləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaması, hərbi xidmətə çağırışla əlaqədar çağırışçıların düzgün müayinə edilməməsi, sağlamlıq vəziyyəti faktiki olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən şəxslərə düzgün diaqnoz təyin edilməməsi və ya sağlam olan şəxslər barəsində hərbi xidmətə yararsız hesab edilə bilən diaqnozlar təyin edilməklə hərbi xidmətdən yayınmağa şərait yaradılması müəyyən edilib.
Aparılan araşdırmalarla 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda onların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməyərək hərbi xidmətə yararlı kimi qeydə alınması, 26 nəfərin praktiki sağlam və xidmətə yararlı olduğu halda tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararsız kimi qiymətləndirilməsi, 12 nəfər şəxsin isə müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.
Qeyd olunan 26 nəfər şəxs yenidən tibbi müayinədən keçirilib və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onların hərbi xidmətə yararlı olmaları təsdiq olunduğundan barələrində toplanmış materiallar onların hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilib.
Digər 12 nəfər şəxs barəsində isə toplanmış materiallar onların hərbi xidmətə çağırış məsələsinə yenidən baxılması üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.
Bundan başqa, sadalanan faktlarla bağlı araşdırma nəticəsində aşkar edilən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə gələcəkdə neqativ halların baş verməsinin qarşısının alınması məqsədilə ümumilikdə 28 tibb müəssisəsi üzrə 90-a yaxın həkim və tibb işçisi barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) prokuror təsir tədbiri qismində təqdimatlar göndərilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarının qarşısının alınması və çağırışçıların yenidən hərbi xidmətə cəlb olunması, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək", - məlumatda vurğulanıb.

Sosial       Tarix: 11 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber.az sonxabar son.xeber xeberler bu qun