"Başı boş, macəraçı qadın, ora eşq sərgüzəşti üçün gedib" - MÜSAHİBƏ

KONKRET.az Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir:
– Fazil bəy, Ermənistan baş nazirinin Qarabağın statusu Azərbaycan Konstitusiyası ilə həll edilə biləcəyinə dair etirafı üçün 30 illik işğal dönəmi gözlənilməli idi?
– Əlbəttə, bu belədir. İndi heç kim durub ermənilərin xeyrinə addım atıb, dəyişiklik etməyəcək. Çünki 30 ilə yaxın Azərbaycan torpaqları Ermənistan işğalında idi. Onların da belə bir etirafla çıxş etməsi mümkün deyildi. Çünki işğalın yaratdığı eyforiyada olmaları onlarda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, bu torpaqlar azad olunmayacaq, beynəlxalq güclərin dəstəyi ilə də həmişə Azərbaycan torpaqlarını işğalda saxlayacaqlar. Amma Azərbaycanın 44 günlük müharibədə böyük qəhrəmanlıqla torpağı azad etməsi yeni bir reallıq yaratdı. İndi Ermənistan bu reallıqdan çıxış edir. Artıq onun başqa bir çıxış yolu yoxdur. Reallıq da odur ki, onlar bu prosesi davam etdirmək niyyətinə düşsələr daha böyük zərbə alacaqlar. Bunun da nəticələrini ancaq bütün ermənilər ödəməli olacaq. Burada tək Qarabağda olan ermənilərin zərbə alacağı mümkün deyil. Ona görə də, Ermənistan baş naziri bu istiqamətdə açıqlamaları da gözlənilən formada verməli idi. Burada təəccüblü heç nə yoxdur.
– BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisi olan Qarabağla bağlı 1993-cü ildə verdiyi qərarın hansı hüquqi üstünlükləri mövcuddur?
– BMT bununla bağlı artıq qərarını verib, ərazi Azərbaycanındır. Eyni zamanda əhalinin rəyi ilə müəyyən edilir ki, Azərbaycan ərazisində xüsusi hansısa bir muxtariyyət və yaxud qurumun yaradılması Konstitusiyaya uyğun həll edilən bir məsələdir. Konstitusiya da ərazi idarə edilməsi ilə bağlı bütün qərarları səlahiyyətli məclisə, qanunverici orqana həvalə edib. Hər hansı bir şəkildə Azərbaycanın ərazi quruluşu dəyişdirilə bilməz. Konstitusiyada bununla bağlı xüsusi bir müddəa mövcuddur. Belə bir məsələdə BMT-də Azərbaycana hansısa bir formada zidd olacaq qərarın çıxması da gözlənilmir. O zaman gərək bütün ölkələrə də bu prinsip üzrə qərar çıxarılsın. Fransa, ABŞ, Belçika, İspaniya, Rusiyanın özü ilə bağlı belə analoji qərarlar olsun.
– Bu zaman nə baş verə bilər?
– BMT əgər Azərbaycanın ərazi bütövlüyünü tanımasa, gərək dünyada mövcud olan heç bir ölkənin ərazi bütövlüyü tanınmasın.
– Sizcə, Paşinyanın son açıqlamalarında ATƏT-lə bağlı fikirləri bu qurumun 30 illik pozucu niyyətinə nə dərəcədə aydınlıq gətirir?
– Bəli, ortada bu 30 illik dönəmdə bir çox nağıllar, xəyallar dolaşırdı. Artıq bu yanaşmalar da keçərli deyil. Burada söhbət konkret olaraq Azərbaycanın mövqeyindən gedir. Azərbaycan hər hansı bir şəkildə ermənilərə "status" verməyi düşünmür. Ərazi Azərbaycanın suverenliyinə daxildir. Burada sadəcə olaraq ermənilər müəyyən dərəcədə digər azlıqda olan xalqlar kimi öz hüquqlarını gerçəkləşdirə bilər. Burada da Azərbaycanın Konstitusiyası buna imkan verir. Ona görə də xüsusi bir qrum yaratmadan ermənilər onsuz da bir milli azlıq kimi öz mövcudluqlarını sürdürə bilirlər. Burada da Azərbaycan bu məsələyə tam təminat verəcək. Amma qalan məsələlər ermənilərin xəyallarıdır. Çünki Azərbaycanın istəyindən kənar heç bir layihənin gerçəkləşməsi mümkün deyil.
– Yenidən Ağdamda bir mülki vətandaşımız qanunsuz erməni silahlıları tərəfindən hücuma məruz qalıb. Bu cür təxribatlara qarşı hansı təsirli addımlar atılmalıdır?
– Ayrı-ayrı insidentlər onsuz da olur. Biz də bu məsələlərdə diqqətli olmalıyıq. Amma hər hansı bir Azərbaycan vətəndaşına dəyən zərərə görə, iki qat, on qat erməni vətəndaşına ziyan vurulmalıdır. Hər hansı bir erməninin bu cür davranışına görə, səbrli davranış olmamalıdır. Bu kimi məsələlərdə məlum bir gerçəklik var ki, biz ermənilərlə bir sıra məsələləri birlikdə həll etmək imkanı vəziyyətinə tam gəlib çıxmamışıq. Əslində indiki halda görünən odur ki, ermənilər reallığa qayıtmaq istəyi müşahidə eidlir. Onlar belə bir niyyətdədirsə, Rusiya da bu məsələdə maraqlı olacaq. Çünki sərhədlərin delimitasiya işi yekunlaşmalıdır. Bundan sonra artıq bölgədə irəliyə doğru adımmlaya bilərik.
– Fransa prezidentliyə namizədin seçki kampaniyasına Qarabağdan, Xankəndindən başlaması necə şərh edilməlidir?
– Əslində Azərbaycan tərəfi bu məsələdə daha sərt bir mövqe tutmalıdır. Burada təkcə Fransaya nota verməklə kifayətlənmək olmaz. Çünki Fransa açıqlayacaq ki, "bir başı boş, macəraçı qadındır. Bəlkə də ora bir eşq sərgüzəşti üçün gedib. Adını da Qarabağ ermənilərinə dəstək qoyur". Yəni, prinsip olaraq yanaşma bu cür ola bilər. Amma onu bu əraziyə buraxan sülhməramlıların mandatına yönəlmiş suallar ortaya qoyulmalıdır. Rusiya Xarici İşlər Nazirliyinə bu istiqamətdə etirazımızı bildirməliyik ki, burada onların mövcudluğu Ermənistandakı ermənilərlə Qarabağdakı ermənilər arasında münasibətləri saxlanmasına köməklik üçündür. Fransızın burada erməni ilə əlaqəsinin qurulmasına yardımçı olmaq yolverilməzdir. Ona görə də, bu məsələdə Fransanın rolundan çox rus sülhməramlıların atdığı addımın araşdırılması lazımdır. Bəlkə o fransız qadını rüşvət müqabilində əraziyə buraxıblar? Bu məsələ aydınlaşmalıdır. Məsələ Rusiyanın özü üçün də maraqlıdır. Yaxud da ki, rus sülhməramlıların içərisində ermənilərə bu məsələdə yardım edən xüsusi bir qrupların olması ehtimalı da araşdırılmalıdır. Söhbət ondan ondan gedir ki, burada missiya pozulub. Bu məsələdə missiyanın fəaliyyəti açıq aşkar müzakirə edilməlidir./Teleqraf

Siyasi       Tarix: 31 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler xeber.az bu gun cəbhədən şad xəbər son xəbərlər