Basmannı məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərini həbs edib – qiyabi şəkildə
Moskvanın Basmannı məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyukun barəsində qiyabi həbs qərarı qəbul edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə SBU rəhbərini Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsi "b" bəndi üzrə terror aktı törətməkdə ittiham edib.
Bu maddə 15 ildən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Həbs müddəti onun Rusiya Federasiyasının ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanır.
Malyuk federal və dövlətlərarası axtarışa verilib.
Qeyd edək ki, bundan öncə o, rəhbərlik etdiyi idarənin bəzi Ukrayna və Rusiya siyasətçiləri və ictimai xadimlərinin, məsələn, hərbi müxbir Vladlen Tatarskinin və Ali Radanın keçmiş deputatı İlya Kivanın qətllərində və həyatına sui-qəsdlərdə iştirakına eyham vursa da, bunu rəsmən təsdiqləməyib. Ukrayna telemarafonunda çıxışında o, demişdi ki, SBU İlya Kiva və Vladlen Tatarskinin qətlində iştirakını təsdiqləməyəcək. O, Kivanı öldürmək üçün istifadə edilən silah və hərbi müxbir Tatarskiyə bağışlanan büstdə yerləşdirilən partlayıcı maddələr haqqında ətraflı məlumat verib.
Xatirə SADİQ,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək