Başqa yolumuz qalmadı: "Azərbaycan partizan müharibəsinə başlayıb Xankəndi-Xəlfəli yolunu partlatmalıdır" - SENSASİON AÇIQLAMA

Başqa yolumuz qalmadı: Qarabağdakı erməni separatçıları və onlara havadarlıq edən sülhməramlılar öz çirkin əməllərindən əl çəkmək istəmir. Belə ki, separatçılar sülhməramlıların havadarlığı ilə Xankəndi-Xəlfəli yolu vasitəsilə Qarabağa silah-sursat daşıyır. Laçın dəhlizində postumuzun qurulmasından sonra əli hər yerdən üzülən separatçılar indi də bu meşəlik yol vasitəsi ilə öz məkrli planlarını həyata keçirməyə çalışır. Bu isə Azərbaycanı ciddi addımlar atmağa sövq edir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycan parlamenti Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirmədiyi və üçtərəfli bəyannamənin 1, 4 və 9-cu bəndlərini icra etmədiyi üçün onların vaxtından əvvəl ölkədən çıxarılması haqda tələb qoymalıdır:
Başqa yolumuz qalmadı: "Bunu mütləq gündəmə gətirmək lazımdır ki, sülhməramlılar onların qanunsuzluqlarını qəbul etmədiyimizi görsünlər. Yəni onlara ilin sonuna kimi vaxt verilməlidir. Bununla paralel olaraq qeyri-rəsmi formada Xankəndi-Xəlfəli yolunu minalamaq və partlatmaq lazımdır. Çünki o ərazidə ikinci yol yoxdur. Separatçılar və sülhməramlılar yalnız meşəlik ərazi olan Xəlfəli yolundan istifadə edərək silah-sursat daşıyırlar. Həmin yol birbaşa Xankəndi yoluna çıxır və o ərazidən keçən kəndlərin heç biri bizim nəzarətimizdə deyil. Azərbaycan Şuşanın kəndlərinə həmvətənlərimizin qayıtması ilə bağlı da məsələ qaldırmalıdır. Hazırda qayıtmaq imkanımız olmasa da, bu məsələni gündəmə gətirməliyik".
Politoloq bildirib ki, rus sülhməramlılarına Azərbaycandakı "5-ci kolon" belə yanaşdıqca vəziyyət indiki kimi davam edəcək:
"Xankəndi-Xəlfəli yolunu Laçın yolundan düşərək asanlıqla minalamaq və partlatmaq olar. Çünki bu yol bizim nəzarətimizdədir. Bunun başqa yolu yoxdur. Təsəvvür edin ki, separatçılar hər silahla dolu keçən maşına görə 10 min dollar pul ödəyirlər. Hazırda orada daşnakları maliyyələşdirən qüvvələr var. Bu silahlılar təxribata qalxdıqca Azərbaycan ordusnun əsgərləri şəhid olur. Axı biz niyə yenidən şəhid verməliyik? Hazırda hüquqi əsas olsa da, milli maraqlar naminə antiterror əməliyyatlarını uzatmağa məcburuq. Amma həmin zonanı tanıyan mülkü şəxslər var. Azərbaycan sözügedən ərazidə partizan müharibəsinə başlaya bilər. Çünki erməniyə "çıx" deməklə dığalar bizim torpaqlardan getməyəcəklər".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 06 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xeber xeber.az bu gun xeberler az