Başqırd bloger saxlanıldı - "Crocus City Hall"dakı terror haqqında nə yazmışdı?
Başqırdıstanda yerli bloger Rüstəm Abasalyamov Moskva yaxınlığındakı "Crocus City Hall" kompleksində törədilən terror aktı ilə bağlı fikirlərinə görə saxlanılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, öz videosunda bloger "Krokus"da baş vermiş dəhşətli faciənin başqırdlara dəxli olmadığını bildirib: "Matəm yalnız sizin ölkənizdə – Moskvada mövcuddur… Başqırdıstanda matəm yoxdur".
Məlumatda deyilir ki, həmin şəxs artıq saxlanılıb və terrorçuluq fəaliyyətinə publik çağırışlar maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub.
Həbs olunduqdan sonra Abasalyamov üzr istəyib və izah edib ki, bu cür ifadələrlə guya diqqəti özünə cəlb etməyə çalışdığını bildirib: "İndi başa düşürəm ki, sözlərimlə milli ədavəti qızışdıra bilərdim, matəm hadisələri fonunda insanların hissləri ilə oynamışam. Bu, yolverilməz və qeyri-insanidir".
Qeyd edək ki, bundan öncə Sankt-Peterburqda "New Holland"ın keçmiş direktorunun əri Nikolay Konaşenok saxlanılıb. Onun "Crocus"da baş verən terror aktından sonra internetdə birmənalı qarşılanmayan, ekstremizm əlamətli postlar yerləşdirdiyi bildirilib.
Xatirə SADİQ,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi