"Baxıram ki, öz ustadının yanında ayağını ayağının üstünə aşırıb
Xalq artisti Səkinə İsmayılova uzun zaman sonra efirə qayıdıb.
azxeber.com xəbər verir ki, Xalq artisti "Günə bax" verilişində qonaq olan zaman tənqidi fikirləri ilə diqqət çəkib.
Xalq artisti bugünkü gənclərdə bətənmədiyi xüsusiyyətlərdən danışıb:
"Xanım xanım kimi olmalıdır, yerini bilməlidir. Danışığını, davranışını, böyük-kiçik yeri bilməlidir. Dinləməyin özü ən böyük mədəniyyətdir. Bugünkü gənclərin çoxu bunu bilmir. İllərdir dərsdən əvvəl bu mövzularda danışmışam ki, böyüyə, sənətkarlara hörmət etmək lazımdır. Onları görəndə qabağa keçib salam verməlisiniz. Yəni, həddinizi bilməlisiniz. Vaxtım olanda efirlərə baxıram. Görürsən ki, böyük oturub, öz ustadının yanında ayağını aşırıb ayağının üstünə. Baxıram və düşünürəm ki, bu, necə ola bilər? Ailədə valideyninə necə hörmət edirsənsə, ustadına da elə etməlisən. Ana-ata övladı dünyaya gətirir, amma ustadı onu göylərə qaldırır. Bu, bir filosofun sözüdür, özümdən demirəm. Ustad ondan vətənə yararlı vətəndaş yetişdiməyə çalışır".
Xanəndə ustadı Rəşid Behbudovun ona verdiyi tövsiyyəni xatırlayıb:
"Bizim gözəl mədəniyyətimiz var. Mən sevinirəm ki, mənim müəllimim Rəşid Behbudov olub. O deyirdi ki, biz hansı ölkəyə gediriksə, öz ölkəmizin simasıyıq. Səhnə də bunu istəyir. Mən ustadlarımdan nə görmüşəmsə, onları da tələbələrimə öyrədim. Daşıdığınız muğam bunu tələb edir. Sən geyiminə diqqət etməki, davranışına fikir verməlisən. Muğama başqa cür yanaşmaq olmaz".

Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib