Bayden: "NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik"
"Biz NATO torpaqlarının hər qarışını müdafiə edəcəyik".
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin NATO-nu parçalaya biləcəyini düşünürdü.
"Rusiya lideri bizi zəiflədə biləcəyini düşünürdü. Amma istəmədiyi ssenari ilə qarşılaşdı. O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə gözləmədiyi ssenari ilə qarşılaşdı. Proseslərin nə ilə nəticələnəcəyini bilmirəm, amma Rusiyanın Ukraynanı məğlub edə biləcəyini düşünmürəm", – ABŞ lideri bildirib.
C.Baydenin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra NATO indiyədək olmadığı qədər birlik nümayiş etdirir: "ABŞ dediyini edir. Dünya dəyişir. Biz də buna uyğunlaşırıq. Rusiyanın hücumuna göstərdiyimiz reaksiya da bunun göstəricisidir. NATO hər zaman Ukraynanın yanındadır. 600-dən çox tank, raket sistemləri, havadan müdafiə sistemləri ilə Ukraynaya dəstək veririk. Mən vəzifəyə gələndən bəri Ukraynaya 7 milyard dolar həcmində yardım etmişik. Bu yardımı davam etdiririk".
Kurslar.az kurslar [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?