Bayden Putini yenə "qəssab" adlandırdı
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb.
O, çıxışında varlı vətəndaşlar üçün gəlir vergisinin 8,2%-dən 25%-ə qədər artırılması təşəbbüsündən bəhs edib. Onun sözlərinə görə, bu, yaxın 10 ildə büdcəyə yüz milyardlarla dollar cəlb etməyə imkan verərdi:
"Bu vəsaitlə nələr edə biləcəyimizi təsəvvür edin. Federal büdcə kəsrini əhəmiyyətli dərəcədə azalda bilərdik. Mütəmadi olaraq çox şey edə, eləcə də, nəhayət Ukraynanı qəssab Putindən qoruya bilərdik".
Qeyd edək ki, Bayden bundan əvvəl də Putin barəsində qalmaqallı açıqlamalar verib. Belə ki, Ukraynada müharibə başlayandan sonra o, rusiyalı həmkarını "qatil", "diktator", "qəssab", "hərbi cinayətkar" adlandırıb.Qafqazinfo
Xidmetler [newsid: 0-123300]

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək