Bayden: "Rusiya Ukraynaya fevralın 16-da hücum edə bilər"
ABŞ Prezidenti Cozef Bayden Avropa İttifaqı və NATO-dakı müttəfiqləri ilə videozəng zamanı Ukrayna üzrə koordinasiyanı müzakirə edib.
KONKRET.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan keçirdiyi brifinqdə bildirib.
"Prezident böhrana yanaşmamızı koordinasiya etmək üçün əsas müttəfiqlər və tərəfdaşlara qapalı videozəng edib. (Danışıqlarda-red) Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, NATO-nun baş katibi və Aİ prezidenti iştirak edib", – Sullivan deyib.
"Biz geniş strategiyadan texniki detallara qədər əhəmiyyətli birlik və irəliləyiş səviyyəsinə nail olduq", – o əlavə edib.
ABŞ Prezidenti Avropa İttifaqı və NATO müttəfiqləri ilə videokonfrans zamanı deyib ki, Birləşmiş Ştatlar kəşfiyyatının məlumatına görə, Rusiya fevralın 16-da Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacaq.
Baydenin milli təhlükəsizlik müşaviri Rusiyanın Pekində keçirilən və fevralın 20-də başa çatacaq Olimpiada oyunları zamanı işğal edəcəyini vurğulayıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var