Baydendən ŞOK AÇIQLAMA: "Rusiya müdaxiləyə hazırlaşır...
Rusiya 2020-ci ildə də ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək niyyətindədir.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş vitse-prezidenti, bu ilki seçkidə Prezident Donald Tramp əsas rəqib sayılan Co Bayden bəyan edib.
Bayden bildirib ki, onun üçün kəşfiyyat brifinqləri keçirilib. Rusiyanın planları haqqında ona bu brifiqlərdə məlumat verilib.
"Biz Rusiyanın planları haqqında əvvəllər də məlumatlıydıq və mən təminat verirəm ki, indi də bu barədə bilirəm. Çünki mənim üçün yenidən brifinq keçirilir. Ruslar yenə də seçki prosesimizin legitimliyini aradan qaldırmağa çalışırlar. Bu faktdır", – deyə Qərb mediası Baydenin seçkiqabağı kampaniya üçün onlayn vəsait toplama tədbiri zamanı söylədiyi sözlərdən sitat gətirir.
Eyni zamanda, Bayden Rusiyaya hədə-qorxu gəlib. Deyib ki, Rusiya ABŞ-ın daxili işlərinə qarışmağa davam edərsə və Ağ Evdə prezident kürsüsünü götürsə, Moskva buna görə "real bədəl" ödəməli olacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək