Baydenin andiçmə mərasimini 15 minədək hərbçi qoruyacaq
ABŞ Milli Qvardiyası, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin 20 yanvarda keçiriləcək andiçmə mərasimi zamanı 15.000-ə qədər hərbçisini yerləşdirmək üçün icazə alıb.
Publika.az xəbər verir ki, bu barədə, "Washington Post" qəzeti ABŞ Milli Qvardiya Bürosunun başçısı general Daniel Hokansona istinadən məlumat yayıb.
O dəqiqləşdirib ki, hazırda Amerika paytaxtında, təxminən, 6 min Milli qvardiyaçı yerləşdirilib, istirahət günlərində onların sayı 10 minə qədər artacaq.
Hokanson qeyd edib ki, Milli qvardiyaçıların son sayı federal hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq müəyyən ediləcək.
Qəzetin məlumatına görə, mərasimin təhlükəsizliyinin təminində iştirak edən hərbçilərin sayının artırılması barədə qərar yanvarın 6-da Vaşinqtonda baş vermiş məlum iğtişaşlar fonunda qəbul edilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək