Baydenin Kiyevə səfərindən Ağ Ev və Pentaqonda çoxunun xəbəri olmayıb
ABŞ Prezidenti Co Baydenin Kiyevə dünənki səfəri onun administrasiyası tərəfindən məxfi şəkildə planlaşdırılıb, buna görə hətta Ağ Evin və Pentaqonun bir çox nümayəndələrinin də səfərin hazırlığından xəbəri olmayıb.
KONKRET.azxəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Kiyevə səfərlə bağlı yekun qərarı ABŞ Prezidenti fevralın 17-də verib.
Agentliyin məlumatına görə, Co Baydenin Vaşinqtondan havaya qalxan təyyarəsi əvvəlcə Almaniyanın Ramşteyn aviabazasına, daha sonra isə Polşanın Rzeşov şəhərinə uçub. Oradan qatarla Kiyevə yollanan Prezident yerli vaxtla səhər saat səkkizdə Ukrayna paytaxtına çatıb.
Qeyd olunub ki, təyyarədə milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və səfəri gizli saxlamağa söz vermiş iki jurnalist olub.
Sallivanın sözlərinə görə, Baydenin Kiyevə səfərindən bir qədər əvvəl Amerika tərəfi Rusiya ilə əlaqə saxlayıb. O, ABŞ-ın səfərdən bir neçə saat əvvəl Rusiyanı xəbərdar etdiyini deyib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir