Baydenin prezidentliyi ancaq belə hadisələrlə yadda qalacaq - SİYAHI + FOTO/VİDEO

Baydenin prezidentliyi ancaq belə hadisələrlə yadda qalacaq - SİYAHI + FOTO/VİDEOBaydenin prezidentliyi ancaq belə hadisələrlə yadda qalacaq - SİYAHI + FOTO/VİDEO
"Newswek" jurnalı ABŞ Prezidenti Co Baydenin 2022-ci ildə etdiyi ən böyük səhvlərini dərc edib.
Siyahıda ilk yerdə Ağ Ev rəhbərinin martın 1-də Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı çıxışı zamanı ukraynalılarla iranlıları səhv salması durur. Video sosial şəbəkədə virus kimi yayılmışdı. Qeyd edək ki, analoji hadisə Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında da baş verib.

ABŞ prezidenti iyulun əvvəlində qadın hüquqları ilə bağlı çıxışında isə telesuflyorda texniki göstərişləri də oxuyub.
"Qeyd edək ki, səs vermək üçün qeydiyyatdan keçən və səs verən qadınların faizi həmişə kişilərin faizindən daha yüksəkdir - sitatı bitir, cümləni təkrarla", - deyə Bayden nitqində bildirib.

İyulun ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ lideri və vəliəhd şahzadə Məhəmməd bin Salman əl sıxaraq salamlaşmaq əvəzinə yumruqlarını toqquşdurublar.
Baydenin prezidentliyi ancaq belə hadisələrlə yadda qalacaq - SİYAHI + FOTO/VİDEOSentyabr ayında ABŞ prezidenti qidalanma və sağlamlıqla bağlı mətbuat konfransı zamanı avqust ayında avtomobil qəzasında dünyasını dəyişən konqresmen Ceki Valorskini çağırıb. Bayden daha sonra buna görə üçün üzr istəyib.

Oktyabrın sonunda Pittsburqda demokrat senator namizədini dəstəkləyən çıxışını bitirdikdən sonra Bayden səhnəni tərk etməyə çalışarkən çaşqın vəziyyətdə qalıb. Eyni hadisə Bostondakı Kennedi Kitabxanasındakı nitqindən sonra baş vermişdi. O, hətta Ağ Evin bağçasında da azıb.

Elə həmin ay dövlət başçısı səhvən ABŞ-nin vitse-prezidenti Kamala Harrisi "böyük prezident" adlandırıb.

Oktyabrın sonunda Bayden ölkədəki ştatların sayını çaşdıraraq, onların 50 yox, 54 olduğunu deyib.
Kolleksiyanı noyabr ayında ASEAN sammiti zamanı amerikalı prezidentin tədbirin təşkilinə görə görüşün keçirildiyi Kambocaya deyil, Kolumbiyanın baş nazirinə təşəkkür etməsi tamamlayır.

Oxu.Az-ın məlumatına görə, yuxarıda qeyd edilən hadisələr bu il Ağ Ev rəhbərinin qeyri-adi davranışlarının yalnız cüzi bir hissəsidir. Belə ki, yanvar ayında Bayden yeni il münasibəti ilə vətəndaşlara müraciətində ölkəsinin 2020-ci ili uğurla keçirəcəyinə ümid etmək üçün əsaslarının olduğunu dilə gətirib. Elə həmin ay tədbirlərin birində mikrofonunun açıq olduğundan xəbərsiz olan ABŞ Prezidenti Co Bayden ona inflyasiya ilə bağlı sual verməyə çalışan "Fox News" telekanalının müxbirini söyüb. Mart ayında çıxışı zamanı o, təsadüfən "şparqalkasını" nümayiş edib (daha sonra bu hadisə başqa bir tədbirdə təkrarlanıb). Karolinada, Nyu-Yorkda, daha sonra isə Sietldə çıxışından sonra o arxaya çevrilərək boşluqla əl verib görüşmək istəyib, vəzifəyə nə zaman gəldiyini, rəhbərlik etdiyi ölkənin adını, hətta bəzən özünün vəzifəsini yadından çıxarıb, Konstitusiyanı və ABŞ Müstəqillik Bəyannaməsini qarışdırıb, Cənubi Koreyanın indiki və keçmiş prezidentlərinin adlarını, Şimali Koreya ilə Cənubi Koreyanı, İsveçlə İsveçrəni səhv salıb, bəzən nə barədə danışdığını unudub və s.

Maraqlı       Tarix: 26 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər havanın temperaturu meherremlik 2026 son xabar