Bayram öncəsi - Gülər Mübariz yazır

Bayram öncəsi - Gülər Mübariz yazır1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etmişdi. Bu, illərdir əsarətin zülmü ilə ayaqlaşan, amma göz yuma bilməyən xalq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılsa da Azərbaycan tarixində öz yerini şanlı səhifə olaraq aldı. Cərəyan edən bu hadisə milli azadlıq hərəkatı kimi qiymətləndirilidi və Azərbaycanın istiqlaliyyət qazanmasında əsas amil sayılmağa başladı. 
Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldıran gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.
O tarixdən də-1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Dirçəliş Günü bayramımız Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə nəticələnən Qələbə bayramı ilə bir dövrə təsadüf etməyi də noyabr ayını bütünlükdə zəfər ayı halına gətirir. Bayram bayrama qarışır sanki; ən önəmlisi də bu bayramların məğzi eynidir,milli vətənpərvərlik ruhunda, zəfər dadında…
Dirçəliş məfhum olaraq yenidən doğulmaq anlamına gəlmirmi? Küllərindən doğan, zülmə baş qaldıran, əsarətə boyun əyməyən xalqım. Yüz ölsək də ,min dirilərik, biz istəmədiyimiz müddətcə bizi qandala vurmaq olmaz. Hələ çox əvvəllərdən " 40 il zindanda yaşamaqdansa, bir gün azad yaşamağı" daha üstün tutmuşuq biz. Yaşadığımızı yaşatdırmağı bildik, amma etmədik. Bacarardıq, amma bizim öz ədalət kürsümüz, vicdan məhkəməmiz var, özümüz özümüzü mühakimə edə bilirik. Zalıma qoşulub zalım olmadıq, bizim damarımızdan axan türk qanı təmizdir, insanlığa sığan və sığmayanı ayırd edə bilirik. Öncə Allaha, sonra qanuna təslim etdik, budur mənim millətimi bütün dünyadan fərqləndirən. 
Mübarizənin ən ön sıralarında olmaqdan yorulduq, artıq bizə bayram yaraşır. İkinci bahar yaşayırıq Qarabağımızla, bu eşq tükənməz. Şükür qovuşdurana…
Dirçəlişimiz qutlu olsun, yurdumun insanları, Azərbaycanımızı daim zirvələrdə görmək diləyi ilə…
Ekspert-yazar Gülər Mübariz / azxeber.com

Sosial       Tarix: 14 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri yeni xeberler son xeberler iqtisadiyyat xeberleri bugun son xeber 2026 son xabar dunya xeberleri