Bayramov BMT rəsmisini erməni sakinlərə humanitar dəstək barədə məlumatlandırdı
Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə əlaqələndiricisi, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəhbəri Martin Griffits ilə görüşüb.
Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə BMT ilə mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, o cümlədən humanitar yardım və inkişafa yardım sahələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın donor ölkə kimi rolu xüsusi təqdir olunub.
Nazir Ceyhun Bayramov BMT sisteminə dəstəyin ölkəmizin humanitar və inkişafa yardım siyasətinin əsasını təşkil etdiyini, Azərbaycanın müxtəlif təşəbbüslər üzrə BMT təsisatları ilə sıx dialoq və fəal əməkdaşlıq apardığını vurğulayıb.
Görüşdə, Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalından, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin davamlı təxribatlarından, habelə qanunsuz mövcudluğundan irəli gələn humanitar məsələlər müzakirə olunub.
İlk növbədə, ölkəmizə qarşı səsləndirilən "blokada" və "bölgədə gərgin humanitar böhran" kimi iddiaların heç bir əsasının olmadığı, Ermənistanın qəsdən qondarma humanitar böhran yaratmaq məqsədi daşıdığı, bu addımın əslində siyasi manipulyasiya olduğu bildirilib.
Lokal xarakterli antiterrorizm tədbirlərinə gəldikdə, görülən tədbirlərin hədəfinin müstəsna olaraq qanunsuz hərbi birləşmələrin və hərbi infrastrukturun olduğu, mülki əhali və obyektlərin vurulması ilə bağlı iddiaların əsassız və qəbuledilməz olduğu bildirilib.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslər çərçivəsində 21 senytabr tarixində keçirilmiş Yevlax görüşünün konstruktiv və müsbət mühitdə keçdiyi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrin aparıldığı, qarşı tərəfə reinteqrasiya üzrə planların təqdim edildiyi, həmçinin Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrinin sosial və humanitar yardımın göstərilməsi ilə bağlı müraciətlərinin müsbət qarşılanaraq hal-hazırda erməni sakinlərə yardım göstərildiyi diqqətə çatdırılıb.
Görüş zamanı, Azərbaycanın Qarabağ bölgəsində Beynəxalq Qızıl Xaç Komitəsinin fəaliyyət göstərdiyi və Axərbaycanın onun fəaliyyətinə dəstəyi vurğulanıb. Son günlərdə BQXK vasitəsilə də erməni sakinlərə yardımın daha da genişləndiyi bildirilib.
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ