Bayramov bölgədəki vəziyyəti müzakirə edib

Bayramov bölgədəki vəziyyəti müzakirə edibAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının (AK) ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və planlar müzakirə olunub.
Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən hazırkı dövrdə münasibətlərin gücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti qeyd edilib.
Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, habelə bərpaolunan enerji sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, ətraf mühit və iqlim dəyişmələri ilə mübarizə istiqamətində Azərbaycanla-Aİ əməkdaşlığının əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb.
Ötən ay Vaşinqton şəhərində baş tutmuş tarixi görüş zamanı əldə olunmuş razılıqlardan xüsusi məmnunluq ifadə olunub. Regional normallaşma və sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 19 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber en son xeberleri cəbhədən ən son xəbər ən son xəbərlər