Bazarda "qiymət müharibəsi" - Çin maşınları niyə rekord həddə ucuzlaşır?

Bazarda Çin avtomobilləri xeyli ucuzlaşıb. Bir neçə ay ərzində Çin avtomobillərinin qiymətində kəskin eniş müşahidə olunur. Bəs, son aylarda Çin avtomobillərinin qiymətində müşahidə olunan ucuzlaşmanın əsas səbəbləri nələrdir?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, son aylarda Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətlərində müşahidə olunan ucuzlaşma müxtəlif amillərlə bağlıdır.

"Hazırda ölkəyə gətirilən Çin avtomobillərinin 70 faizdən çoxu qeyri-rəsmi idxalçılar, yəni alverçilər tərəfindən gətirilir, yalnız 30 faizi isə rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satılır.
"Qeyri-rəsmi idxalçılar arasında rəqabət o qədər güclənib ki, bazarda "qiymət müharibəsi" başlayıb. Bu isə günü-gündən qiymətlərin enməsinə səbəb olur. Eyni zamanda, bəzi elan saytlarında və reklam platformalarında sifariş əsasında gətirilən avtomobillərin ucuz qiymətlə təqdim edilməsi alıcıda yanlış təəssürat yaradır".
Ekspert qeyd edib ki, bəzi Çin modellərinin istehsalı dayandırılıb və onların qiyməti istehsalçı ölkədə də aşağı düşüb. Bundan başqa, Çində dövlət subsidiyaları daxili bazarda avtomobillərin ucuz satılmasına şərait yaradır.
"Buraxılış ili də qiymətə təsir edir. 2023–2024-cü ilin avtomobilləri 2025-ci ilin buraxılışına nisbətən daha ucuz olur. Kənardan baxanda qiymətlərin ucuzlaşdığı görünür, amma prosesin arxasında çoxsaylı səbəblər dayanır", – deyə Əliyev vurğulayıb.
O, bildirib ki, Çin avtomobillərinin ucuzlaşması təkcə yerli bazara deyil, digər ölkələrdən idxal olunan modellərə də mənfi təsir göstərir. Bu, digər markalara olan marağı azaldıb, ikinci əl bazarını isə demək olar ki, sıradan çıxarıb.
Eyyub Əliyevin sözlərinə görə, ikinci əl avtomobillər hazırda dəyərindən 40–45 faiz ucuz təklif olunur.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 16 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun xeberler azerbaycan cebheden xeber xəbərlər.com