"Bazarstore" qanvermə aksiyası keçirib - FOTOLAR
Sosial məsuliyyət strategiyası çərçivəsində "Bazarstore" marketlər şəbəkəsinin baş ofisində Səhiyyə Nazirliyi Respublika Qan Bankının tərəfdaşlığı ilə növbəti qanvermə aksiyası həyata keçirilib.
Aksiya talassemiya xəstəliyindən əziyyət çəkən azyaşlıların müalicəsinə dəstək olmaq məqsədi daşıyıb.
Könüllülük prinsipi əsasında təşkil edilən qanvermə aksiyasında "Bazarstore"un 50-yə yaxın əməkdaşı iştirak edib.
Aksiya zamanı toplanan qan ehtiyatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qan Bankına təhvil verilib.
Qanvermə prosesindən öncə hər bir donorun sağlamlıq vəziyyəti peşəkar həkim-hematoloqlar tərəfindən diqqətlə yoxlanılıb, zəruri tibbi müayinələr aparıldıqdan sonra qan götürülüb.
Toplanan qan ehtiyatları laborator müayinələrdən keçirildikdən sonra talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
"Bazarstore" rəhbərliyi bu kimi humanitar təşəbbüslərin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gələcəkdə də sağlamlığın qorunması və ehtiyacı olan şəxslərə dəstək yönümlü sosial layihələrin davam etdiriləcəyini bildirib.





/ azxeber.com

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu