BDU-nun dosenti Qismət Davudov vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Qismət Davudov vəfat edib.
azxeber.com xəbər verir ki, Qismət Davudov 1964-cü ildə Xaçmaz rayonunun Xaspolad-oba kəndində anadan olub. 1991-ci ildə Xaçmaz şəhər 45 saylı dəmiryol məktəbini bitirib. 1985-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin əyani şöbəsinin Azərbaycan bölməsində təhsil alıb. 2006-cı ildə "XIX əsrin birinci otuzilliyində İran-Rusiya münasibətləri İran tarixşünaslığında" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
O, 1990-cı ildə Asiya və Afrika ölkələri tarixi kafedrasına baş laborant vəzifəsinə təyin edilib. 1992-ci ildə həmin kafedrada müəllim, 1995-ci ildə baş müəllim vəzifəsinə seçilib. İndiyədək kafedranın dosenti kimi fəaliyyət göstərib.
Qismət Davudovun tədqiqat sahəsi Asiya və Afrika ölkələri, İran və Yaponiya tarixi üzrə olub.
BDU rəhbərliyi və kollektivi dosent Qismət Davudovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma