BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının məsləhətçi professoru, fizika-riyaziyyat elmləri doktoru Camali Məmmədxanov 86 yaşında vəfat edib.
Bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.
Xatırladaq ki, Camali Məmmədxanov 1938-ci ildə anadan olub. 1946-cı ildə Bakının Mərdəkan qəsəbəsində orta məktəbə gedib, 1956-cı ildə Bakı şəhər 46 saylı orta məktəbi bitirib. 1956-1961-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş laborant, 1976-cı ilə qədər baş elmi işçi vəzifələrində işləyib.
O, 1964-cü ildə elmlər namizədi, 1984-cü ildə isə elmlər doktoru adını alıb. 1976-cı ildən BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında dosent, 1985-cı ildən isə professor vəzifəsində çalışıb. 2014-cü ildən BDU-nun məsləhətçi professoru olan Camali Məmmədxanov 100-ə yaxın elmi məqalənin müəllifi idi. Onun rəhbərliyi ilə 13 elmlər namizədi, 3 elmlər doktoru yetişib.
Qeyd edək ki, Camali Məmmədxanov Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı, Milli Məclisin I, II və III çağırış deputatı olmuş Anar Məmmədxanovun atasıdır. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır