BDU tələbələri şantaj edilib - Hansı cəza veriləcək?

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində oxuyan bir qrup qız tələbənin sosial şəbəkələrdəki şəkillərinin icazəsiz istifadə edildiyi iddia olunur. Naməlum şəxs onların "TikTok" profillərindən götürülmüş fotoları saxta montaj edərək yayımlayıb.
Zərərçəkənlər polisə müraciət etdiklərini bildiriblər.İddialara görə, görüntülərin silinməsi müqabilində pul tələb olunub. Lakin tələbələr pul təklif etdikdə həmin şəxs bunu maddi məqsədlə etmədiyini deyib. Ehtimal olunur ki, o, vaxtilə Hüquq fakültəsinə qəbul ola bilmədiyi üçün tələbələrə qarşı qərəzli davranıb.
Süni intellektin geniş yayıldığı dövrdə şəxsin fotosundan icazəsiz istifadə edib montaj hazırlamaq və yaymaq hallarında işi törədən şəxsi və ya şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?
KONKRET.az xəbər verir ki, sfera.az-a bu haqda açıqlama verən vəkil Babək Umudovun sözlərinə əsasən, fərdi məlumatların və şəxsi həyatın toxunulmazlığının pozulması halları, xüsusilə süni intellekt vasitəsilə foto və video manipulyasiyası, qanunvericilikdə cinayət və mülki məsuliyyət yaradır:
BDU tələbələri şantaj edilib - Hansı cəza veriləcək?"Bu əməl şəxsi həyatın toxunulmazlığını pozur və şərəf, ləyaqət və ya işgüzar nüfuzun ləkələnməsi kimi qiymətləndirilir. Əgər təhrif edilmiş materiallar yalan məlumatlar yayır, alçaldıcı xarakter daşıyır və ya şəxsi sirri açıqlayırsa, Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi və ailə həyatının sirrinin pozulması) maddəsi tətbiq edilir. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-1-ci maddəsi (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi də tətbiq edilə bilir. Bu maddə ilə şəxs, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Mütəxəssisin sözlərinə görə, "Kütləvi informasiya vasitələri haqqında" Qanun (Media haqqında Qanun) sosial mediada belə materialların yayılmasına görə təkzib, düzəliş və ya üzr tələb etmək hüququ verir:
"Zərərçəkmiş şəxs Mülki Məcəlləyə əsasən məhkəməyə müraciət edərək mənəvi zərərin (məsələn, stres, reputasiya itkisi) kompensasiyasını tələb edə bilər. Bu, cinayət məsuliyyəti ilə paralel gedir. Materialların silinməsi müqabilində pul tələb olunması isə açıq şantajdır və Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə tənzimlənir. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Deepfake materiallarla şantaj bu maddəyə tam uyğundur, çünki təhrif edilmiş fotoların yayılması və ya silinməməsi təhdidi şərəfə toxunmaq sayılır. Bundan əlavə, "Kibercinayətkarlıq haqqında Konvensiya"ya əsasən, kompüter texnologiyalarından istifadə etməklə saxtalaşdırma, dələduzluq və digər hüquqazidd əməllər cinayət məsuliyyəti yaradır. Deepfake və oxşar texnologiyalarla foto və video manipulyasiyası bu kontekstdə də qiymətləndirilə bilər".

Hadisə       Tarix: 27 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda qadın stəkanla döyüldü

Bakının Xəzər rayonunda 38 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. xəbər verir ki, hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində onların birgə yaşadıqları evdə baş verib. Masallı rayon sakini

Əməkdar memar dünyasını dəyişdi

Əməkdar memar Əhməd İzmayılov vəfat edib. KONKRET.azxəbər verir ki, bu barədə "Yeni Sabah"a mərhumun yaxınları məlumat verib. Ə. İzmayılov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü idi. Allah rəhmə

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlin

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat

Bakıda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Sabunçu rayonunda 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Maştağa qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri aparan zaman elektri

Yevlaxda balıqçı itkin düşüb

Yevlaxda balıqçı Mingəçevir su anbarında itkin düşüb. -ın məlumatına görə, hadisə ötən gün baş verib. Xanabad kənd sakini Kərimov Xaləddin Sabir oğlu qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib. Bir müddət sonra onunl

Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Şahbuzda ağır yol qəzası olub. report-a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb

Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb. xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb. Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onu

"Bosniya qəssabı" öldü

Bosniya və Herseqovina serblərinin keçmiş komandanı, "Bosniya qəssabı" Ratko Mladiç ölüb. xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Qeyd edək ki, bir neçə il əvvəl onun ölməsi barədə məlumat yayılmışd


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbərlər.com son xeberler bugun 2026 canli novruz bayramı xabarlar