"Beerlin Pub"dakı qətlin şahidi: "Bizə deyilməyib ki, xanımsız gəlmək olmaz

Bakıda yerləşən "Beerlin Pub"da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən idmançı Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Qədimov ifadə verib.
R.Qədimovun sözlərinə görə, təqsirləndirilən şəxsi "pub"da görüb:
"Vüqargildə oturmuşduq, nərd oynayırdıq. Qərara gəldik ki, "Beerlin Pub"a gedək. Yer sifariş etdik, getdik. İçəri girəndə məni buraxmadılar ki, corabsızsan.
Vüqar dedi ki, biz yer "rezerv" etmişik. Corab geyindim, keçdik içəri. İçəridə bizə dedilər ki, xanımsız gəlmisiniz, otağa buraxılmırsınız.
Biz dedik ki, depozit də qoymuşuq, amma bizə deyilməyib ki, bura xanımsız gəlmək olmaz. Daha sonra Valehlə Orxan mübahisə etdi.
Biz dedik ki, səbəb deyin, demədilər. Valehlə Orxan mübahisə edib çıxdılar çölə. Sonra Orxan Valehi vurdu. Bir də gördüm, qışqırdılar ki, "dostunuz öldü". Biz gəldik ki, Vüqar yerdə xırıldayır".
Şahid ifadəsində Vüqarı öz maşınları ilə "Leyla Şıxlinskaya" klinikasına apardıqlarını qeyd edib:
"Orada dedilər ki, bunu Neyrocərrahiyyə Xəstəxanasına aparın. Təcili yardım maşınına qoyub aparırdılar. Yolda təcili yardım maşını döndü 3 saylı şəhər Klinik Xəstəxanasına. Ora çatanda dedilər ki, Vüqar öldü".
Qeyd edək ki, ötən il avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən "Beerlin Pub" kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitnes-məşqçi kimi fəaliyyət göstərib. O həmçinin bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.

Sosial       Tarix: 17 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber idman xeberleri sou biznes xeberler bugun