Bel ağrıyan zaman nə etməli? - MƏSLƏHƏT
İnsanların əksər hissəsi bel ağrıları ilə üzləşir.Bunun əsas səbəbi osteoxondroz və onun fəsadlarıdır. Bel ağrısı ciddi pozulmanın (məsələn, fəqərəarası disk yırtığı, protruziya və s.) simptomu ola bilər. Bu səbəbdən bu vəziyyətdə düzgün hərəkət etmək lazımdır. Əks halda insanın sağlamlığına daha da böyük ziyan vurulacaq.
Milli.Az medicina.az-a istinadən bildirir ki, onurğa sütunu xəstəliklərinin müayinəsi və müalicəsi ilə məşğul olan həkimlər (ortopedlər, vertebroloqlar, neyrocərrahlar) bel ağrısı zamanı bu kimi sadə qaydalara əməl etmək tövsiyə edirlər:
-Ağrıyan yerə isti qrelka qoymaq, hər hansı isidən məlhəmdən və s. istifadə etmək olmaz. Bu xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bilər.
-Ağrıyan yeri dərhal hərəkətsizləşdirmək lazımdır. Bunun üçün osteoxondrozun müalicəsində istifadə olunan xüsusi enli kəmərdən və ya kəmər olmadıqda enli şərf və ya şaldan istifadə edin. Ağrıyan yeri bərk sıxıb bağlayın.
-Daha sonra rahat vəziyyət tapıb uzanın. Böyrü üstə və ya bel üstə uzanmaq olar.
-Hal hazırda İnternetdə bel ağrısını "azaldan" xüsusi fiziki hərəkətlər haqqında məlumat tapmaq olar. Həkimlər tutma zamanı istənilən fiziki hərəkətləri qəti surətdə qadağan edir. Belə fiziki hərəkətlərin nəticəsində insanda hətta fəqərəarası disk yırtığı əmələ gələ bilər. Əksinə olaraq ağrıyan yeri hərəkətsizləşdirmək lazımdır. Bu ödemin və ağrının daha tez azalmasına kömək edəcək.
Müəyyən müddətdən sonra ağrı tam keçsə də, mütləq həkimə müraciət edin və lazım olan müayinələrdən keçin. Bu xəstəliyin erkən mərhələlərdə aşkar olunmasına kömək edəcək.
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ