Belaruslu ekspert: Bakı Minskin sərfəli iqtisadi tərəfdaşıdır

Belaruslu ekspert: Bakı Minskin sərfəli iqtisadi tərəfdaşıdırBelaruslu ekspert: Bakı Minskin sərfəli iqtisadi tərəfdaşıdır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sözügedən bloka Belarus nümayəndəsi Stanislav Zasın mümkün rəhbərliyi məsələsinin müzakirəsinin başladığı gündən etibarən Ermənistanın siyasi və ekspert dairələrində kütləvi qabaqlayıcı isteriya və təşviş halları müşahidə olunmağa başladı.
"Erməni" simptomlarına Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi (2015-ci ildən - red.) general-leytenant Zasın Sovet dövründə məşhur olan Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirməsi səbəb olub.
Beləliklə, Ermənistandan sonra təşkilata sədrlik təsdiqlənmiş KTMT qaydalarına uyğun olaraq, bloka rəhbərlik edən ölkələr əlifba sırası ilə dəyişdiyi üçün Belarusa keçdi.
Sözügedən qərar KTMT Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) Bişkekdə keçirilən iclası zamanı qəbul edildi.
Belarus politoloqu, Siyasi Təhlil və Proqnozlar Mərkəzinin rəhbəri Pavel Usov Oxu.Az-a Azərbaycan-KTMT formatında münasibətlərin yeni sədr Stanislav Zasın rəhbərliyi altında hansı şəkildə inkişaf edəcəyindən bəhs edib.
"Stanislav Zasın Yerevanla müqayisədə Bakıya daha loyal olduğunu deməzdim.  Azərbaycana qarşı münasibət müəyyən şəxslər tərəfindən deyil, ölkənin ən ali rəhbərliyi və iqtisadi prioritetləri ilə müəyyən edilir.
Zasın mövqeyi Minskin Bakıya münasibətdə ümumi konstruktiv siyasətinin əks olunmasıdır. Gələcəkdə münasibətlərin paradiqmasının dəyişməyəcəyini əminliklə söyləmək olar", - müsahib bildirib.
KTMT və Bakı arasındakı qarşılıqlı münasibətlərin inkişafına gəldikdə, Usovun sözlərinə görə, bu istiqamətdə də heç bir böyük dəyişiklik baş verməyəcək.
"KTMT mahiyyəti etibarilə siyasi bir təşkilatdır və dərin böhran proseslərinin həllinə təsir göstərmir. Həmçinin, nəzərə almaq lazımdır ki, bu təşkilatın fəaliyyət istiqamətini Moskva müəyyənləşdirir və hazırda Rusiya ilə Azərbaycan arasında iqtisadi və siyasi münasibətlərin müsbət konyunkturası qurulub", - ekspert bildirib.
Politoloq əlavə edib ki, KTMT-nin yeni rəhbəri Ermənistanın və ya Azərbaycanın hər hansı bir fəaliyyətinin qiymətləndirilməsindən və bu barədə ifadələrdən çəkinəcək.
Azərbaycan və Belarus arasındakı hərbi-texniki əməkdaşlıq məsələlərini şərh edən Pavel Usov bildirib:
"Bildiyiniz kimi, Azərbaycan Belarusdan silah-sursat alışında liderlərdən biridir. Son illərdə Belarus Azərbaycana milyonlarla dollar dəyərində hərbi texnika və avadanlıqlar, o cümlədən "Polonez" yaylım atəş sistemi, radiotexniki kəşfiyyat sistemləri, zenit-raket kompleksləri və.s çatdırıb. Başqa sözlə, əgər Yerevan siyasi müttəfiqdirsə, o zaman Bakı  sərfəli iqtisadi tərəfdaşdır. Bu isə Belarusdakı böhran şəraitində çox vacibdir".
Ekspert əmindir ki, bu səbəbdən Azərbaycanla hərbi-texniki əməkdaşlıq Belarus üçün prioritet əhəmiyyət kəsb edəcək.
Mümkün tərəfdaşlıq, müşahidəçi statusunun verilməsi və ya Azərbaycanın KTMT-yə daxil olması barədə danışıqlara gəlincə, ekspert bu cür danışıqların hələ 2018-ci ildə aparıldığını xatırladıb.
"2019-cu ildə KTMT rəhbərliyi, həmçinin bu istiqamətdə dialoqa hazır olduğunu bildirib. Lakin KTMT-də qərar qəbuletmə mexanizmi bütün üzv ölkələrin razılığına, yəni konsensusa əsaslanır.
Məlumdur ki, Ermənistan Azərbaycanın təşkilata qoşulmaqla bağlı istənilən cəhdlərini əngəlləyəcək. Öz növbəsində, Rusiya üçün bu, geosiyasi uğur olardı, amma hər halda, əgər 2020-dən danışsaq,  KTMT-nin yeni üzv əldə etmək perspektivləri olduqca aşağıdır", - Usov bildirib.
Alla Zeydullayeva /oxu.az

Siyasi       Tarix: 11 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun hava haqqinda apa.az xeberler son xeberler bugun 2026 azerbaycan