Belçika səfiri və Avropa İttifaqının nümayəndəsi Azərbaycan XİN-ə çağırıldı

Belçika səfiri və Avropa İttifaqının nümayəndəsi Azərbaycan XİN-ə çağırıldıBelçika səfiri və Avropa İttifaqının nümayəndəsi Azərbaycan XİN-ə çağırıldı
24 iyul 2020-ci il tarixində Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə X.Xələfov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilmiş son hərbi təxribatın həm iki ölkə arasında, həm də bölgədə gərginliyin alovlanmasına xidmət etdiyini qeyd edib.
Son zamanlar radikal ermənilər tərəfindən Avropanın bir çox ölkələrinin paytaxtlarında və böyük şəhərlərində azərbaycanlılara qarşı vandalizm aktlarının törədildiyi, eləcə də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına müdaxilə cəhdlərinin edildiyi, həmin ölkələrdə fəaliyyət göstərən diplomatlarımızın təhdid edildiyi, soydaşlarımıza qarşı hücumların təşkil edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu ilin 22 iyul tarixində Belçika Erməniləri Komitəsinin çağırışına uyğun olaraq, Brüsseldəki Səfirliyimizin qarşısında ciddi təxribat və vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayişin keçirildiyi Belçika səfirinin və Aİ nümayəndəsinin diqqətinə çatdırılıb. Öncədən Belçikanın bütün aidiyyəti hökumət orqanlarına dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, bu təxribatların qarşısının istənilən səviyyədə alınmadığı vurğulanıb.
Nazir müavini hadisələr zamanı "REAL" televiziyasının Avropa müxbiri də daxil olmaqla, altı azərbaycanlı diaspor nümayəndələrinin ciddi xəsarət aldığını və xəstəxanaya yerləşdirildiyini bildirib.
X.Xələfov qeyd edib ki, Belçikanın müvafiq orqanları tərəfindən məsələ ciddi şəkildə araşdırılmalı, məsələyə hüquqi qiymət verilməli, cinayət və vandalizm aktı törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidirlər.
Nazir müavini, eyni zamanda Kestutis Yankauskasa müraciət edərək, Avropa İttifaqının dünyada insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar verdiyi halda, çox açıq şəkildə baş vermiş ksenofobiya, vanadalizm, irqi ayrı-seçkilik zəminində baş vermiş son hadisələrlə bağlı hər-hansı açıqlama vermədiyini bildirib. O, bunun Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olduğunu və suallar doğurduğunu vurğulayıb.
Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs ilk öncə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisə nəticəsində həyatını itirmiş Azərbaycan hərbçilərinin və mülki vətəndaşının həlak olması ilə əlaqədar Azərbaycan xalqına və həyatını itirmiş şəxslərin yaxınlarına başsağlığı verib.
Səfir B.Şufs Brüsseldə keçirilən aksiyanın icazəsiz olduğunu, bu barədə məlumatlı olduqlarını və məhz bu səbəbdən Səfirliyin ərazisinə çox sayda polislərin yerləşdirildiyini bildirib. Bununla belə, səfir, polislərin yetərli sayda olmadığını və dinc nümayişçilərə qarşı hücum edildiyini qeyd edib.
Brüsseldə 200-ə yaxın diplomatik missiyanın fəaliyyət göstərdiyini qeyd edən səfir, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsinin olduqca vacib olduğunu bildirib. O, Səfirliyin inzibati binasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yerli hakimiyyət orqanlarına müvafiq təlimatların verildiyi diqqətə çatdırıb.
Səfir B.Şufs bu məsələnin Belçika hökuməti tərəfindən ciddi bir hal kimi qəbul edildiyini, görüşdə qaldırılan məsələlərin müvafiq şəkildə Mərkəzə çatdırılacağını bildirib, məsələnin araşdırılacağını, müvafiq tədbirlərin görüləcəyini və görüləcək işlərlə bağlı Azərbaycan tərəfinin məlumatlandırılacağını vəd edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas da cəbhədə baş vermiş hadisələr zamanı həyatını itirmiş hərbçilər və mülki vətəndaşla bağlı Azərbaycan xalqına və onların ailə üzvlərinə başsağlığı verib.
K.Yankauskas hadisələri yaxından izlədiyini son günlərdə Avropanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma hadisələrinin davam etməkdə olduğunu təəssüflə bildirib.
Aİ nümayəndəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabaş münaqişəsi ilə bağlı məsələlərin Avropa İttifaqı tərəfindən yaxından izlənildiyini və beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı bəyanat verildiyini qeyd edib. O, Brüssel ilə mütəmadi qaydada videokonfrans vasitəsilə əlaqə yaradıldığını qeyd etdi və hazırkı görüşdə qaldırılan məsələlərin müvafiq qaydada Aİ rəsmilərinin diqqətinə çatıdırlacağını vəd etdi. /oxu.az

Siyasi       Tarix: 25 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler bu gun krimnal bugun ən son xəbər