Belçika və Niderland Azərbaycanın müstəqil siyasətindən niyə narahatdır? - AÇIQLAMA

Belçika və Niderland Azərbaycanın müstəqil siyasətindən niyə narahatdır? - AÇIQLAMAZaman-zaman bəzi dairələr tərəfindən Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul olunub. Bu kimi addımlardan növbətisi isə Belçika və Niderlandın Nümayəndələr Palataları tərəfindən atılıb. Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib. 
Belçika və Niderlandın Nümayəndələr Palatalarının 16 aprel 2026-cı ildə qəbul etdiyi qətnamələrə Azərbaycan Milli Məclisi sərt reaksiya verib. 
Qurum bu sənədlərin qərəzli və əsassız olduğunu bildirərək, onların Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurduğunu qeyd edib. Həmçinin Belçika və Niderlandla parlamentlərarası əlaqələrin ləğvi təklif olunub.
Milli Məclisin deputatı Naqif Həmzəyev azxeber.com-a açıqlamasında deyib ki, Belçika, Fransa, Niderland kimi ölkələrdə güclü erməni diasporası mövcuddur:
Belçika və Niderland Azərbaycanın müstəqil siyasətindən niyə narahatdır? - AÇIQLAMA"Avropa Parlamentlərinin bu cür qərarlar qəbul etməsinin arxasında fərqli amillər dayanır. İlk olaraq burada erməni diasporunun fəaliyyətini qeyd etməliyik. Belçika, Fransa, Niderland kimi ölkələrdə güclü erməni diasporası mövcuddur. Bu diaspora onilliklər ərzində siyasi əlaqələr qurub, maliyyə resursları ayırıb və parlamentlərdə öz maraqlarını təmsil edəcək siyasətçiləri formalaşdırıb. Bu, dünya siyasətinin normal bir reallığıdır".
Parlamentari qeyd edib ki, burada Avropa daxilindəki struktur maraqları da rol oynayır:
"Azərbaycanın Rusiya və İranla sərhəddə müstəqil xarici siyasət yürütməsi, Brüsselin bütün tərəflərə tətbiq etmək istədiyi "dəyərlər çərçivəsi"nə sığmır. Buna görə müəyyən Avropa institutları Azərbaycanı "itaətsiz" tərəf kimi göstərməyə meyillidirlər. Azərbaycanın güclü tərəf kimi görsənməsini və öz reallıqlarını yarada bilməsini həzm edə bilmirlər. Avropa ölkələri həm Azərbaycandan qaz alır, həm də bu cür qərarlar qəbul edir. Bu, ikili standartların açıq ifadəsidir".
Deputat deyib ki, bəzi dairələr tarixə qovuşan bir məsələni yenidən diriltməyə çalışılır:
"Bəzi dairələr tarixə qovuşan bir məsələni yenidən diriltməyə çalışılır. Qarabağ məsələsi Azərbaycanın öz ərazilərini bərpa etməsi ilə hüquqi-siyasi baxımdan həll olunmuşdur. Bu, beynəlxalq hüququn tanıdığı suveren çərçivə daxilindəki bir faktdır. Lakin bu faktın müəyyən dairələr tərəfindən qəbul edilməməsi, onun süni şəkildə "açıq məsələ" kimi saxlanılması cəhdi ciddi siyasi manipulyasiyanın göstəricisidir".
Şahanə Ziyad

Siyasi       Tarix: 22 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar cəbhədən son xeber cəbhədən ən son xəbər