Belçikada silsilə tədbirlər: Qərbi Azərbaycanlıların haqq səsi dünyaya çatdırılır

Belçikada silsilə tədbirlər: Qərbi Azərbaycanlıların haqq səsi dünyaya çatdırılır23-27 oktyabr 2024-cü il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda silsilə tədbirlər keçiriləcək.
azxeber.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində tərəfdaş təşkilat Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. 
Avropanın siyasi mərkəzində həyata keçirilən layihənin məqsədi Qərbi Azərbaycandan didərgin salınmış və deportasiya edilmiş soydaşlarımızın beynəlxalq hüquqa və konvensiyalara uyğun olaraq öz doğma yurdlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsi və bu prosesdə Ermənistanın öz öhdəliklərini yerinə yetirməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Layihəyə əsasən Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı təmin edilənədək bu yolda səylər davam etdiriləcək. 
Səfər proqramına uyğun olaraq oktyabrın 24-də gün ərzində Brüssel şəhərində fəaliyyət göstərən bələdiyyələrlə, millət vəkilləri ilə, 25 oktyabr tarixində saat 10.00-dan 15.00-dək ayrı-ayrı təşkilatlarla görüşlər keçiriləcək. Həmin gün saat 16.00-dan 18.00-dək Brüssel şəhərində Haachtse Steenweg 173, 1030 Schaarbeek ünvanında yerləşən Türk Dərnəkləri Birliyi Mərkəzində beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycandan gələn nümayəndə heyəti - layihə rəhbəri, ATXƏM İB-nin sədri, Qərbi Azərbaycan əsilli İlham İsmayılov, layihənin ekspertləri "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri, Qərbi Azərbaycan əsilli Əhməd Abbasbəyli, Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənov, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova və ictimai fəal "İnkişafa və İslahatlara Dəstək" İB-nin sədri, Qərbi Azərbaycan əsilli Ramil Əliyev, həmçinin Belçikada fəaliyyət göstərən Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika-Dostluq Cəmiyyətinin sədri, Qərbi Azərbaycan əsilli Ayhan Dəmirçi, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəp Tuncer Sarı, Belinuks Azərbaycanlıları Konqresinin prezidenti, Qərbi Azərbaycan əsilli Elsevər Məmmədov, Niderland AzərbaycanTürk Mədəniyyət Dərnəyinin sədri, Qərbi Azərbaycan əsilli İlhan Aşkın, həmçinin Azərbaycanın Belçikadakı diplomatik korpusunun, diaspora təşkilatlarının təmsilçiləri, yerli mətbuat nümayəndələri, Belçika, Niderland, Azərbaycan, türk icmalarının üzvləri iştirak edəcəklər. 
Konfransda "İrəvan- gizlədilmiş həqiqətlər" sənədlı filmi nümayiş etdiriləcək. Konfransdan sonra tədbir iştirakçılarının şərəfinə qala şam yeməyi təşkil ediləcək. Oktyabrın 26-da saat 14.00-dan 16.00-dək TÜRKSAT TV-də yayımlanan Avropa Kanalının Almaniyanın Limburg şəhərində yerləşən ofisində layihə rəhbərinin və ekspertlərin iştirakı ilə mövzu ilə bağlı təşkil olunmuş verilişdə geniş məlumatlar veriləcək və ətraflı müzakirələr aparılacaq. Həmin gün saat 19.00-dan 21.00-də isə Belçikanın Heusden şəhərində Türk Dünyası Dayanışma Platformunda görüş keçiriləcək. 

Siyasi       Tarix: 22 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri en son xeberler apa.az xeberler hava proqnozu