Belə fəlakətlər bir əsrdən çoxdur ki, müşahidə edilməyib
Yaponiyada silsilə zəlzələ qurbanlarının sayı artıb, hadisə nəticəsində 30 nəfər ölüb.
KONKRET.azxəbər verir ki, bu barədə zəlzələnin episentrində olan İşikava prefekturasının səlahiyyətliləri məlumat verib. Təcili yardım xidmətlərinin məlumatına görə, zəlzələlər nəticəsində daha 50 nəfər xəsarət alıb.
İşikavada kataklizm səbəbindən vəziyyət daha mürəkkəb olub. Yanğın 200-dən çox evi əhatə edib, 100-dən çox yaşayış binası dağılıb. Dağıntılar altında insanlar var. Hadisə yerində xilasedici qruplar işləyir və Yaponiyanın özünümüdafiə qüvvələri də faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün əraziyə göndərilib.
32 mindən çox ev işıqsız qalıb, onlarla şəhər və qəsəbə su təchizatında çətinlik çəkir. Kommunal problemlər ondan çox xəstəxanaya təsir edib. Dağılmış yollar səbəbindən bir hava limanında 500-ə yaxın insan qalıb və xilasedicilər onları təxliyə etmək üçün çalışırlar.
Bazar ertəsindən bəri Yaponiyada müxtəlif maqnitudalarda 150-dən çox zəlzələ baş verib. Ən güclüsü 7,6 bal gücündə idi. Qərb sahillərində 20 saatdan çox müddət ərzində sunaminin olacağı gözlənilir. Mütəxəssislər bunun 1885-ci ildən bəri ən güclü zəlzələ olduğunu düşünürlər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib